18 iyun 2018, Bazar ertəsi
Ana Səhifə - REPORTAJ - Bir banka ilə “qanadlandıran” içkilər - Gənclərimizi bəlaya sürükləyən “Red Bull”, “Hell”... - TƏHLÜKƏ
Bir banka ilə “qanadlandıran” içkilər - Gənclərimizi bəlaya sürükləyən “Red Bull”, “Hell”... - TƏHLÜKƏ
19.06.2017, 10:57

Havaların isindiyi bir vaxtda xüsusilə sərinləşdirici içkilərə tələbat artıb. Reklamlara inansaq ki, bu içkilərin içərisində xüsusi bir növ sərinləşdirməklə bərabər, insanı həm də “qanadlandırır”.

“Red Bull” adı ilə bazara çıxarılan içkinin enerji bərpa etdiyi və alkoqolsuz olduğu bildirilir. “Red Bull” hazırda “GmbH” şirkəti tərəfindən istehsal olunaraq 140-dan çox ölkəyə idxal edilir. “Red Bull” Tailandda istehsal olunan enerji içkisi vasitəsi ilə meydana gəlib, sözün tay dilindən hərfi tərcüməsi “Krating Daeng”dir.
“Red Bull Energy Drink”in əsası ilk dəfə avstriyalı Ditrix Mateşiç və Çaleo İovidya tərəfindən qoyulub. Onların hər biri  500.000 dollar investisiya ayırmaqla yeni yaranmış şirkətdən 49 faiz mənfəət əldə ediblər. Qalan 2 faiz mənfəət isə Mateşiçin şirkətə rəhbərlik etməsi şərti ilə oğlu Çaleo Şalemə ötürülüb. Və beləliklə, məhsul ilk dəfə olaraq 1987-ci ildə qazlı içki görünüşündə bazara çıxarılıb. Sahibkarların sənaye məqsədilə istifadə etməyə qərar verdiyi “Red Bull”  hazırda energetik içki bazarının 70 faizini əhatə edir.

“Red Bull”un tərkibində su, taurin, arginin, kofein, B qrupu vitaminləri, şəkər, qlükoza, aspartam, natrium sitrat, heksoza maddələri var. Bu içkinin bazara daxil olmasından sonra “Pitbull”, “Rox”, “Hell”, “Jaquar”, “Blue”, “Reo Line”, “Monster” kimi yeni eneregtik içkilər istehsal olunmağa başladı.

Energetik içkilərin tərkibindəki qlükoza tez bir şəkildə qanla təmasa girir, oksidləşmə prosesində iştirak edir, əzələləri, beyni və digər həyati əhəmiyyət daşıyan orqanları enerji ilə təmin edir. Artıq doza qanda təzyiqin qəfildən qalxmasına və ya qanda şəkərin səviyyəsinin artmasına səbəb ola bilər. Ürək xəstəlikləri və hipertoniyadan əziyyət çəkənlərə energetik içkilər məsləhət görülmür. Məhz buna görə Fransa, Danimarka və Norveçdə energetik içkilər rəsmi şəkildə qadağandır, adı çəkilən ölkələrdə bu məhsullar yalnız apteklərdə satılır.

Mütəxəssislərin bildirdiyinə görə, sutka ərzində iki şüşədən artıq energetik içki içmək olmaz. Hamilə qadınlara, uşaqlara, yeniyetmələrə, yaşlılara, hipertoniya, ürək xəstəlikləri və yuxu pozğunluğundan əziyyət çəkənlərə istifadə məsləhət görülmür. Heç bir halda energetik içkini spirtli içki ilə qarışdırmaq olmaz. Çünki kfein qan təzyiqini qaldırır, spirt isə hipotenziv təsiri gücləndirir. Nəticədə, bu məhlul ürəyə mənfi təsir göstərir.


Su İstehsalçıları Birliyi”nin sədri Dövlət Məmmədov Modern.az-a deyib ki, energetik içkilər gənclərimizi bəlaya sürükləyir:

 


“Energetik içkilər yeni narkotik növüdür”

 

“Energetik içkilər narkotikin bir növüdür. Bu içkidə heç bir enerjidən söhbət getmir. İçkilərdən istifadə zamanı beyin-qan dövranı sürətlə işləyir, orqanizmdə qan təzyiqi qalxır və bədəndəki enerji istifadə olunmağa başlayır. 3-4 saat sonra insan həmin enerjini bərpa etmək üçün mütləq ya yatmalı, ya da istirahət etməlidir. Energetik içkilərin tərkibindəki maddələrin böyük əksəriyyəti insan orqanizminə zərərlidir. Əbəs deyil ki, Avropanın bəzi ölkələrində energetik içkilərə qadağa da qoyulub. Bəzi ölkələrdə isə yalnız apteklərdə satılır. Çindəki super marketlərin çoxunda bu içkilər tamamilə yığışdırılıb. Energetik içkidən 2-3 banka arxa-arxaya içdikdə insan sanki havalanır, göyə qalxır. 3 banka energetik içki 1 litr arağa bərabərdir”.

 

“Energetik içkidən xeyir görən olmayıb”

 

Mütəxəssisin sözlərinə görə, içkidən istifadə zamanı insanın fikirləri dağılır, özünü güclü hesab edir:

“Əgər avtomobili 80km/sürətlə idarə edirsə, ona elə gəlir ki, 20-30 km/sürətlə gedir. Eyni zamanda energetik içkilər sonsuzluq xəstəliyi yarada bilər. Rusiya mətbuatında dəfələrlə imtahanlardan əvvəl energetik içkilərin içilməsi tövsiyə olunur. Guya bu, abituriyenti daha zəkalı, daha sürətli edir. Reallıq göstərir ki, bu içkilərdən istifadə edən gənclər ya özlərini yüksək mərtəbədən atıblar, ya da başlarına hansısa fəlakətlər gəlib”.

 

“Bunu içən heyvanlaşır”

 

D.Məmmədov bildirir ki, energetik içkilərin adları əsasən heyvan adlarından götürülüb:

“Energetik içkilərin adına baxsaq, görərik ki, onların adı heyvan adıdır. “Hell” “Cəhənnəm” deməkdir. Hətta bankanın üzərində də şeytanı əks etdirən şəkil vurulub. Əgər şeytanın şəkli də vurulubsa, bunun reklamının aparılması, mağaza və marketlərin şüşələrinə vurulması nə deməkdir?! Heyvan adı verilən içkilər o deməkdir ki, bunu içən heyvani hal yaşayır. Bütün bunları Avropadan Azərbaycana gənclərimizin beyinlərini xarab eləmək üçün xüsusi insanlar yeridiblər. Yeridiblər ki, gənclərimizin başı xarab olsun. Bu içkiyə müraciət edənlər əsasən, 12, 14, 16 yaşlı uşaqlardır. Əslində isə bu içki yaşı 18-dən yuxarı olanlar üçün satılmalıdır. Yaşlı kişilərə, hamilə qadınların energetik içkidən istifadə etməsi olmaz. Bu həm narkotikə, həm də sonsuzluğa yol açır.

Hesab edirəm ki, respublikamızda energetik içkilərin bu qədər geniş yayılmasının səbəbi həkimlərdir. Çünki bizim həkimlər nə yemək, nə içmək lazımdır kimi maarifləndirici məlumatlar vermirlər. Əgər biz gənclərimizin sağlam olmasını arzulayır və ərzaq təhlükəsizliyi haqqında proqramı fikirləşiriksə, insan orqanizmi üçün zərərli olan malların sərbəst satışına qadağa qoyulmalıdır”.

 

Gülşən RAUFQIZI

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Onlayn taksi sifarişi xidmətlərinin sayı artacaq
18.06.2018, 17:00

Onlayn taksi sifarişi xidmətlərinin sayı artacaq

Salyan sakini intihar edib
18.06.2018, 16:52

Salyan sakini intihar edib

“Mərkəzi Bankın açıqlaması dolayısıyla FED-dən asılılıq deməkdir”  
18.06.2018, 16:36

Mərkəzi Bankın açıqlaması dolayısıyla FED-dən asılılıq deməkdir  

Ermənistanda hakimiyyət qarşıdurması - Xüsusi xidmətin rəhbərini neytrallaşdırmaq istəyirlər
18.06.2018, 16:22

Ermənistanda hakimiyyət qarşıdurması - Xüsusi xidmətin rəhbərini neytrallaşdırmaq istəyirlər

Məşhur səyyahın 500 il əvvəl kraliçaya yazdığı məktub tapıldı
18.06.2018, 16:11

Məşhur səyyahın 500 il əvvəl kraliçaya yazdığı məktub tapıldı

18.06.2018, 15:48

"Lotu Quli"nin adamları saxlanıldı - ƏMƏLİYYAT

Avropa İttifaqı Krımla bağlı sanksiyaların müddətini uzadıb
18.06.2018, 15:36

Avropa İttifaqı Krımla bağlı sanksiyaların müddətini uzadıb

Dünya çempionatında  Messiyə göz açmağa imkan verməyən fabrik işçisi - FOTO
18.06.2018, 15:14

Dünya çempionatında  Messiyə göz açmağa imkan verməyən fabrik işçisi - FOTO

“Facebook” uşaqlar üçün bunu  qadağan etdi
18.06.2018, 15:00

“Facebook” uşaqlar üçün bunu  qadağan etdi

Dünya çempionu velosipeddən yıxılaraq dünyasını dəyişib
18.06.2018, 14:45

Dünya çempionu velosipeddən yıxılaraq dünyasını dəyişib

Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçiriləcək
18.06.2018, 14:29

Ombudsmanların XV Bakı Beynəlxalq Konfransı keçiriləcək

İŞİD Suriyada əsas istinadgahını itirib
18.06.2018, 14:18

İŞİD Suriyada əsas istinadgahını itirib

Güclü külək və leysan 500 ailəyə ziyan vurub
18.06.2018, 14:07

Güclü külək və leysan 500 ailəyə ziyan vurub

“Yüksək bal toplayan müəllimlərə hələ tam bilikli pedaqoq kimi baxmaq olmaz” - Ekspertdən İRAD  
18.06.2018, 13:47

“Yüksək bal toplayan müəllimlərə hələ tam bilikli pedaqoq kimi baxmaq olmaz” - Ekspertdən İRAD  

Rəsmi Bakıdan deputatın həbsinə REAKSİYA: “Qriqoryan Xocalı soyqırımında iştirak edib”  
18.06.2018, 13:32

Rəsmi Bakıdan deputatın həbsinə REAKSİYA: “Qriqoryan Xocalı soyqırımında iştirak edib”  

Ötən gün 76 cinayət faktı qeydə alınıb
18.06.2018, 13:14

Ötən gün 76 cinayət faktı qeydə alınıb

Bakıda intihara cəhd - özünü damdan atmaq istədi
18.06.2018, 13:03

Bakıda intihara cəhd - özünü damdan atmaq istədi

Azərbaycanda tanınmış QHT rəhbəri niyə həbs olundu? - SƏBƏB
18.06.2018, 12:58

Azərbaycanda tanınmış QHT rəhbəri niyə həbs olundu? - SƏBƏB

Bakıda 1500-dən çox pivə bakalı oğurlayan şəxs saxlanıldı
18.06.2018, 12:52

Bakıda 1500-dən çox pivə bakalı oğurlayan şəxs saxlanıldı

Sabahın hava PROQNOZU - Bakıda 31 dərəcə isti
18.06.2018, 12:48

Sabahın hava PROQNOZU - Bakıda 31 dərəcə isti

Şimali və Cənubi Koreya arasındakı müharibəyə bu tarixdə SON QOYULACAQ
18.06.2018, 12:29

Şimali və Cənubi Koreya arasındakı müharibəyə bu tarixdə SON QOYULACAQ

Yaponiyada zəlzələnin dəhşətli fəsadları - 230 nəfər.... - YENİLƏNİB
18.06.2018, 12:16

Yaponiyada zəlzələnin dəhşətli fəsadları - 230 nəfər.... - YENİLƏNİB

Türkiyə Antarktikada elmi baza yaradacaq
18.06.2018, 11:59

Türkiyə Antarktikada elmi baza yaradacaq

Alimlər döş xərçənginin qarşısını almağın asan yolunu aşkarladılar
18.06.2018, 11:42

Alimlər döş xərçənginin qarşısını almağın asan yolunu aşkarladılar

“Qara qızıl” ucuzlaşır
18.06.2018, 11:16

“Qara qızıl” ucuzlaşır

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2%-dən çox artıb
18.06.2018, 11:02

Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2%-dən çox artıb

Neymar son 20 ilin antirekordunu təzələdi - DÇ tarixində...
18.06.2018, 10:49

Neymar son 20 ilin antirekordunu təzələdi - DÇ tarixində...

Azərbaycanlılara qəddarlıq etmiş erməni generalın oğlu da istefa verdi - ŞOK FAKTLAR - VİDEO
18.06.2018, 10:44

Azərbaycanlılara qəddarlıq etmiş erməni generalın oğlu da istefa verdi - ŞOK FAKTLAR - VİDEO

ABŞ koalisiyası Suriya ordusuna zərbə endirib
18.06.2018, 10:35

ABŞ koalisiyası Suriya ordusuna zərbə endirib

Ermənistan atəşkəsi 102 dəfə pozdu
18.06.2018, 10:32

Ermənistan atəşkəsi 102 dəfə pozdu

Azərbaycanda aqrar sektor 9% böyüyüb
18.06.2018, 10:30

Azərbaycanda aqrar sektor 9% böyüyüb

Yaponiyadakı zəlzələdə ölən və yaralananlar arasında soydaşlarımız yoxdur - RƏSMİ
18.06.2018, 10:24

Yaponiyadakı zəlzələdə ölən və yaralananlar arasında soydaşlarımız yoxdur - RƏSMİ

Sumqayıtda dənizdə boğulan 51 yaşlı kişinin meyiti tapılıb
18.06.2018, 10:05

Sumqayıtda dənizdə boğulan 51 yaşlı kişinin meyiti tapılıb

DÇ-2018: Bu gün daha 3 oyun keçiriləcək - TƏQVİM
18.06.2018, 09:25

DÇ-2018: Bu gün daha 3 oyun keçiriləcək - TƏQVİM

Əhalinin banklarda 7.8 milyard manat pulu var
18.06.2018, 09:16

Əhalinin banklarda 7.8 milyard manat pulu var

ARXİV
SORĞU
Hansı ölkə dünya çempionu olacaq?
Argentina(16.8%)
Braziliya(16.8%)
Almaniya(15.6%)
İngiltərə(6.02%)
Portuqaliya(13.2%)
İspaniya(4.81%)
Fransa(4.81%)
Belçika(1.20%)
Seneqal(2.40%)
Rusiya(18.0%)