27 iyun 2017, Çərşənbə
Ana Səhifə - GÜNDƏM - İlham Əliyev həmsədrlərə əsgərimizin şəhid olmasından DANIŞDI, Ermənistanı xəbərdar etdi - YENİLƏNİB 
İlham Əliyev həmsədrlərə əsgərimizin şəhid olmasından DANIŞDI, Ermənistanı xəbərdar etdi - YENİLƏNİB 
19.06.2017, 15:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Riçard Hoqlandı və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. 

 

Modern.az xəbər verir ki, dövlət başçısı deyib:

 

“Sizin Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinizdən sonra və Azərbaycana gəlişiniz ərəfəsində Ermənistan təmas xəttində Azərbaycana qarşı növbəti hərbi təxribat törətmiş və bunun nəticəsində bir Azərbaycan əsgəri həlak olmuşdur.

Azərbaycan Ordusu həmişə olduğu kimi, adekvat cavab vermiş və bunun nəticəsi sizə məlumdur. Bu, mənim üçün təəccüblü deyil, çünki Ermənistan tərəfi həmişə hansısa mühüm tədbir və ya sizin səfəriniz ərəfəsində bu cür təxribatlar törədir və biz bunun bir neçə dəfə - 2014-cü, 2016-cı illərdə və indi də şahidi olmuşuq. Onlar, sözsüz, bilirlər ki, mülki əhali və hərbi qulluqçularımıza qarşı istənilən hərbi təxribata biz adekvat cavab verəcəyik.

 

Azərbaycan tərəfini buna ona görə təhrik edirlər ki, sonra bizi atəşkəsi pozmaqda ittiham etsinlər. Hadisələrin xronologiyasına baxmağınız kifayətdir ki, nə vaxt Azərbaycan əsgərinin Ermənistan ordusu tərəfindən öldürüldüyünü və nə zaman buna Azərbaycan tərəfindən adekvat cavab verildiyini görəsiniz. Beləliklə, təmas xəttində son atəşkəs pozuntusuna görə məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür və baş verə biləcək hər hansı hadisəyə görə bütün məsuliyyəti işğalçı Ermənistan ordusu daşıyır”.

 

Dövlət başçısı, eyni zamanda, qeyd edib ki, Azərbaycan tərəfi atəşkəs rejiminə sadiqdir. Son vaxtlarda təmas xəttində nisbi sakitlik hökm sürdüyünü deyən Prezident İlham Əliyev bildirib ki, bu, danışıqlar prosesini sürətləndirmək üçün mühüm amildir. Lakin baş verənlər aydın şəkildə göstərdi ki, Ermənistan nəyin bahasına olursa olsun Minsk qrupu həmsədrlərinin fəaliyyətini pozmağa çalışır.

 

Dövlət başçısı vurğulayıb ki, Ermənistan diqqəti yalnız təhlükəsizlik məsələlərinə yönəltmək istəyir və bütün bu baş verənləri Azərbaycanı atəşkəsi pozmaqda günahlandırmaq üçün bir bəhanə kimi istifadə edir. Bu, tamamilə haqsız və ədalətsiz bir mövqedir.

 

Prezident İlham Əliyevə bəyan etdiyi fikirlərinə görə minnətdarlığını bildirən ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov qeyd edib ki, həmsədrlərin Azərbaycana səfəri ərəfəsində baş verən bu ciddi atəşkəs pozuntusu dərin təəssüf hissi doğurur. O dedi: “Biz səfərimizin yekunu olaraq qəbul edəcəyimiz bəyanatda bu vəziyyəti əks etdirəcəyik”.

 

Söhbət zamanı Fransadan olan həmsədr Stefan Viskonti, ABŞ-dan olan həmsədr Riçard Hoqland və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik danışıqlar prosesi ilə bağlı fikirlərini ifadə ediblər.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Modern.az

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
27.06.2017, 10:47

Ermənistanı qorxudan GEDİŞAT: Azərbaycan müharibəyə hazırlaşır – XƏBƏRDARLIQ

27.06.2017, 10:39

Tovuzda elektrovoz qadını vurub öldürdü

27.06.2017, 10:07

Salyanda yol qəzası: yaralı var

27.06.2017, 10:00

Ermənistan bütün cəbhəboyu təxribat törətdi

27.06.2017, 09:25

Qadın tələbələr daha çox kolleclərdə, yoxsa ali məktəblərdə oxuyur?

26.06.2017, 23:20

Salvador Dalinin məzarı açılacaq

26.06.2017, 23:16

Tramp Rusiyanın seçkilərə müdaxiləsini istisna etmir

26.06.2017, 22:55

Astara sakini narkotikdən öldü

26.06.2017, 22:10

Putin Maradonaya ağız açdı

26.06.2017, 22:07

İranın neft emalı zavodunda yanğın – 100 yaralı

26.06.2017, 21:59

Təyyarənin qanadı qırıldı - təcili eniş etdi

26.06.2017, 21:50

Arif Hacılı müttəfiqləri ilə danışıqlar üçün Tbilisiyə gedir

26.06.2017, 21:04

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən şəxs xilas edildi

26.06.2017, 20:29

AZAL Moskva-Bakı reysində erməni yeməyinin verilməsi ilə bağlı izahat tələb edəcək

26.06.2017, 20:19

Pakistanda daha bir faciə: 157 nəfər öldü

26.06.2017, 20:14

Gəncədə minaatan mərmisi aşkarlandı

26.06.2017, 20:11

İlham Əliyev Polşaya getdi 

26.06.2017, 18:37

Atalar və övladlar - Famil Mehdinin oğlu: “Atam xəstə olduğundan dissertasiyasını Xəlil Rza oxudu” - LAYİHƏ

26.06.2017, 18:11

“Mən Azərbaycanlıyam” demək haqqı...

26.06.2017, 17:24

Azərbaycanlı deputatdan AŞPA-da Ermənistana sərt tənqid..

26.06.2017, 16:44

Macarıstan Beynəlxalq Türk Akademiyasında müşahidəçi statusu alır

26.06.2017, 16:40

Azərbaycan Miqrasiya Məcəlləsində dəyişiklik edilir

26.06.2017, 16:32

Rusiyanın məşhur yazıçısı: “Nəyə görə Azərbaycan güc yolu ilə torpaqlarını azad etmir?”

26.06.2017, 15:32

İyunun 30-da sonuncu buraxılış imtahanları keçirələcək

26.06.2017, 15:25

Aqramuntun AŞPA-ya sədrliyi ilə bağlı qeyri-müəyyənlik davam edir

26.06.2017, 15:03

Deputat Maştağada bayram tədbiri təşkil etdi - FOTOLAR

26.06.2017, 14:52

Ərizə yazarkən “tərəfindən” sözünə ehtiyac varmı? - Fərqli FİKİRLƏR

26.06.2017, 14:50

Bakıdakı parkda taekvondo dərsi olub

26.06.2017, 14:20

Moskva-Bakı təyyarəsində QALMAQAL - Azərbaycanlı sərnişinlərə erməni yeməyi təklif olundu - VİDEO

26.06.2017, 14:00

Heydər Əliyev Mərkəzinin parkında şahmat turniri keçirilib

26.06.2017, 13:43

Xalq artisti Qəndab Quliyeva vəfat etdi

26.06.2017, 13:21

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

26.06.2017, 13:06

Bakıda yolu keçən piyadanı maşın vurdu

26.06.2017, 12:29

Sabahın hava PROQNOZU: - 38° isti

26.06.2017, 11:55

“Mercedes" ana-balanı vurdu - ana yaralandı, qızı öldü

ARXİV
SORĞU
Qeyri-sabit hava şəraiti sizə necə təsir edir?
- İstilərdən canımız qurtarıb(9.09%)
- Dənizə gedə bilmirik(20%)
- Səhhətimizə mənfi təsir edir(18.1%)
- Əhvalım xoşallanır(12.7%)
- Məhsul qıtlığı yaranır(14.5%)
- Təsərrüfatıma ziyan dəyir(3.63%)
Yağış, dolu ruzi-bıərəkətdir(21.8%)