22 noyabr 2017, Çərşənbə axşamı
Ana Səhifə - ÖLKƏ - Səməd bəy Mehmandarovun Bakıda səssiz ölən oğlu - İqor Mehmandarovdan qalan yeganə nişanə kimdir... - FOTOLAR
Səməd bəy Mehmandarovun Bakıda səssiz ölən oğlu - İqor Mehmandarovdan qalan yeganə nişanə kimdir... - FOTOLAR +
19.06.2017, 12:22

Bir neçə gündən sonra - 26 iyunda Azərbaycan xalqı Silahlı Qüvvələr Gününü qeyd edəcək. Doğrudur, tariximizin şanlı, yaxud qara hərflə yazılmış səhifələrini vaxtı çatanda vərəqləyirik. Hər halda xatırlamaq unutmaqdan daha yaxşıdır. Azərbaycan ordusunun Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi generalları olub. Görəsən onların nəslindən və ya yaxınlarından kimlərinsə varlığı ilə maraqlananlar olubmu? Axı bu insanlar ordumuzun  təməl daşlarını qoyublar...
 

“Onların adını çox vaxt qorxa-qorxa çəkmişik”

Azərbaycan generelları ilə bağlı silsilə araşdırmalar aparmış tədqiqatçı jurnalist Şəmistan Nəzərli Modern.az-la söhbəti zamanı qeyd edib ki, həmin insanların nəslindən yalnız Səməd bəy Mehmandarovun gəlini sağ qalıb. Qalan generallar güllələndiyi üçün heç bir məlumat yoxdur.

Hətta Səməd bəyin oğlu ilə görüşmək tədqiqatçı jurnalistə nəsib olub. Şəmistan Nəzərli Səməd bəy Mehmandarov və onun övladı haqqında bizimlə maraqlı məlumatlar bölüşüb:


“Bir hərbi xadim kimi Səməd bəyin xidmətləri əvvəzsizdir. Hərbi sərkərdə kimi, rus hərb tarixçiləri və yazıçıları onun artilleriya sahəsindəki böyük nüfuzundan, istedadından iftixarla yazıblar. Özümüzdə isə inqilabdan əvvəlki generallarımızdan söz düşəndə, ən az məlumata malik adam belə, Şıxlinskinin və Mehmandarovun adını çəkə bilir. Etiraf etməliyik ki, son illərə qədər hər bir azərbaycanlının tanıdığı yalnız bu iki əfsanəvi general olub. Təəssüf ki, onların da adını çox vaxt qorxa-qorxa çəkmişik. Rəsmi dairələrdə isə onların adının yanında həmişə bir neçə ağ ləkə olub: “Çar generalıdı”, “Müsavatın hərbiyyə naziri olub”, “bəy nəslinin nümayəndələri”dir və s. Bu minvalla, yersiz damğalarla görkəmli sərkərdələrimizi unutmuşuq, lap az tədqiq etmişik. Amma qonşularımız praporşik rütbəsində olan oğlunu elə tərifləyir, haqqında o qədər yazır ki, az qala gözündə generaldan da uca olur.
Halbuki, yadların fəxrlə söhbət açdığı bu iki generalımız Port-Arturda yaponlara, Birinci Dünya Müharibəsində almanlara qarşı vuruşaraq, ulu babalarımızdan gələn döyüş ənənələrini bütün dünyaya yayıblar. Birinə “Artilleriyanın allahı” fəxri adı, o birinə isə “Müqəddəs Georgi ordeni”nin bütün dörd dərəcəsi verilib. Böyük imperiyanın minlərlə generalları arasında onların da öz yeri olub”.

“Siz yaxşı valideyn seçməmisiniz, nazirin oğlu olmusunuz”


Şəmistan Nəzərli 1985-ci ildən başlayaraq Səməd bəy Mehmandarovun yeganə övladı İqorla görüşməyə başlayıb. Onun sözlərinə görə mərhum prezident Heydər Əliyev İqor Mehmandarovu Bakıya dəvət edib. Elə həmin vaxtdan o, həyat yoldaşı İza Polagina ilə birlikdə Bakıda yaşamağa başlayıb. İqor Mehmandarov Azərbaycan xalqından yaman incik imiş:


“Mən İqorla görüşməyə başlayanda televiziyada işləyirdim. Ona təklif etdim ki, televiziyaya çıxsın, xalq onu tanısın, amma istəmədi. Həmin vaxt əksəriyyət bilmirdi ki, Səməd bəy Mehmandarovun  oğlu var. İnsanlardan gizlənməyinin səbəbini soruşanda isə bildirdi ki, o vaxt atasına əzab veriblər.  Halbuki, Səməd bəy Mehmandarova bolşeviklər əzab verib, azərbaycanlıların günahı yoxdur. İqor rusdilli biri idi, Azərbaycan dilini bilmirdi. Onun əsl adı Pir idi. Səməd bəy Mehmandarov Varşavada olan zaman İslam dini ilə məşğul  olurdu. Allah ona çox gec, 1907-ci ildə oğlan övladı nəsib etdi. Ondan başqa heç bir övladı olmayıb. Ona görə də həmin vaxt adını Pir qoymuşdu. Pir qeyri-adi tapıntı  anlamına  gəldiyi üçün Səməd bəy sevincindən oğluna bu adı verib. Daha sonra Səməd bəy həyat yoldaşı Yelizaveta Nikolayevna Teslavın Kiyev zadəgan ailəsindən olduğunu nəzərəa alaraq, uşağın adını dəyişib İqor Samedoviç Mehmandarov yazdırıb.

İqorun əslində Azərbaycana olan sevgisi böyük idi.  Bilirsiniz, bir tərəfdən o da haqlıydı. Çünki atasını sürgün etmişdilər. Onunla  həmsöhbət olduğum zaman  deyirdi ki, “NKVD işçiləri anamı da, məni də tez-tez döyürdülər. Biz  bu cür münasibətin səbəbini soruşanda bildirirdilər ki, siz yaxşı valideyn seçməmisiniz, nazirin oğlu olmusunuz”.


Səməd bəyin həyat yoldaşı və oğlu əvvəlcə Kalininqrada, daha sonra müharibə başlayan zaman qatarla Sibir tərəfə sürgünə göndəriliblər. Həmin vaxt qatara qəfildən almanlar hücum edib. Mehmandarovun həyat yoldaşı yaralanıb həlak olsa da, İqor sağ qalıb.

İqorla görüşdüyümüz zaman atası Səməd bəy haqqında heç nə danışa bilmədi. Çünki atasını itirən zaman  hələ uşaq idi. Xatirində onunla bağlı nəsə qalmamışdı”.


Tədqiqatçı jurnalist bildirir ki, Səməd bəy Mehmandarov gəlini İza Polagina ilə heç vaxt tanış ola bilməyib. İqorun İza ilə izdivacı ikinci evliliyi idi. Onun ölümündən sonra İza hələ də Bakıda yaşayır. Ş.Nəzərlinin sözlərinə görə, İza Polaginanın yaşadığı evi Heydər Əliyev onlara bağışlamışdı:


“İndi o evdə İqorun həyat yoldaşı İza Polagina yaşayır”

“İza qoca qadındır, təxminən 90 yaşlarındadır. Səməd bəyin oğlu  Azərbaycan xalqından incik olsa da, Heydər Əliyevdən razı idi. Heydər Əliyev onu Kalininqraddan gətirib  ev vermişdi. İndi o evdə İqorun həyat yoldaşı İza xanım yaşayır. Onların övladı olmayıb. Səməd bəyin gəlininin atası da general olub. Hələ Heydər Əliyev onları bura gətirib mənzillə təmin edən zaman heç kimin onlardan xəbəri yox idi. İqor 1989-cu ilin avqust ayında vəfat edib. Məzarı Yasamal qəbirstanlığındadır”.

Günay RƏSULQIZI

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Sürücülərə şad xəbər: Hərəkət bərpa olunur
22.11.2017, 20:26

Sürücülərə şad xəbər: Hərəkət bərpa olunur

Bu rayonlara qar yağdı
22.11.2017, 20:16

Bu rayonlara qar yağdı

"Qarabağ"la "Çelsi"nin start heyəti açıqlandı
22.11.2017, 20:02

"Qarabağ"la "Çelsi"nin start heyəti açıqlandı

Tbilisidə antiterror əməliyyatı
22.11.2017, 19:51

Tbilisidə antiterror əməliyyatı

Qızılgül və qərənfilin kiloqramı üçün 1 dollar idxal rüsumu alınacaq
22.11.2017, 18:59

Qızılgül və qərənfilin kiloqramı üçün 1 dollar idxal rüsumu alınacaq

Nazir: Bakı-Astara dəmir yolu köçürüləcək
22.11.2017, 18:43

Nazir: Bakı-Astara dəmir yolu köçürüləcək

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü başlayıb
22.11.2017, 18:37

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü başlayıb

Ramiz Mehdiyev MDB təhlükəsizlik şuraları katiblərinin görüşündə çıxış edib
22.11.2017, 18:31

Ramiz Mehdiyev MDB təhlükəsizlik şuraları katiblərinin görüşündə çıxış edib

Baş bankir: “Manatın məzənnəsi və onun taleyi ...”
22.11.2017, 18:21

Baş bankir: “Manatın məzənnəsi və onun taleyi ...”

Nazir ev təminatı HAQDA: “5 il ərzində problem həllini tapacaq”
22.11.2017, 18:17

Nazir ev təminatı HAQDA: “5 il ərzində problem həllini tapacaq”

Rusiya Azərbaycana qaz nəql edəcək
22.11.2017, 18:04

Rusiya Azərbaycana qaz nəql edəcək

Daha iki rayonda icbari tibbi sığorta tətbiq ediləcək
22.11.2017, 17:50

Daha iki rayonda icbari tibbi sığorta tətbiq ediləcək

Şenol Günəş “Qarabağ”ın oyununa baxmağa gəldi
22.11.2017, 17:45

Şenol Günəş “Qarabağ”ın oyununa baxmağa gəldi

Samir Şərifov deputatların iradlarına CAVAB VERDİ
22.11.2017, 17:40

Samir Şərifov deputatların iradlarına CAVAB VERDİ

Vasim Məmmədəliyevin 75 illiyi qeyd olundu
22.11.2017, 17:33

Vasim Məmmədəliyevin 75 illiyi qeyd olundu

Manat və dolların sabahkı MƏZƏNNƏSİ   
22.11.2017, 17:30

Manat və dolların sabahkı MƏZƏNNƏSİ  

Yol polisi kəmər bağlamayan 1885 sərnişinə cərimə kəsib
22.11.2017, 17:29

Yol polisi kəmər bağlamayan 1885 sərnişinə cərimə kəsib

Nömrələrdə defisləri silən 133 sürücü cərimələndi
22.11.2017, 17:25

Nömrələrdə defisləri silən 133 sürücü cərimələndi

Valeh Ələsgərov: “Hökumət büdcəyə görə məsuliyyət daşıyır”    
22.11.2017, 17:16

Valeh Ələsgərov: “Hökumət büdcəyə görə məsuliyyət daşıyır”  

Azərbaycanda oftolmologiya sahəsində unikal əməliyyatlara başlanıldı
22.11.2017, 17:12

Azərbaycanda oftolmologiya sahəsində unikal əməliyyatlara başlanıldı

“Banklara zəng edib seçicilərimizin kreditlərinə  görə yalvarırıq”
22.11.2017, 17:08

“Banklara zəng edib seçicilərimizin kreditlərinə  görə yalvarırıq”

Rəsulzadənin məzarı tapılan xanımı zirzəmidə dünyasını dəyişib... - TARİX
22.11.2017, 17:06

Rəsulzadənin məzarı tapılan xanımı zirzəmidə dünyasını dəyişib... - TARİX

Afinada XIII Ali səviyyəli toplantı öz işinə başlayıb
22.11.2017, 16:59

Afinada XIII Ali səviyyəli toplantı öz işinə başlayıb

Ziyafət Əsgərov Bakı-Astara dəmir yolunun köçürülməsini istədi
22.11.2017, 16:54

Ziyafət Əsgərov Bakı-Astara dəmir yolunun köçürülməsini istədi

Milli Məclisdə maliyyə amnistiyası təklif edildi   
22.11.2017, 16:50

Milli Məclisdə maliyyə amnistiyası təklif edildi  

Əflatun Amaşov “onlayn” mətbuata 1 milyon manat ayırmağı TƏKLİF ETDİ
22.11.2017, 16:34

Əflatun Amaşov “onlayn” mətbuata 1 milyon manat ayırmağı TƏKLİF ETDİ

8 min müsəlmanın qatilinə ağır cəza verdi
22.11.2017, 16:31

8 min müsəlmanın qatilinə ağır cəza verdi

“Polis müstəntiqlərinin sayı artırılmalıdır”
22.11.2017, 16:29

“Polis müstəntiqlərinin sayı artırılmalıdır”

Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır    
22.11.2017, 16:26

Ermənistan “dəvəquşu siyasəti”nə son qoymalıdır  

Azərbaycan özünü kartofla təmin edə bilirmi...   
22.11.2017, 16:03

Azərbaycan özünü kartofla təmin edə bilirmi...  

Xamenei İŞİD-i “xərçəng yığını” adlandırdı
22.11.2017, 16:02

Xamenei İŞİD-i “xərçəng yığını” adlandırdı

Jalə Əliyeva büdcə layihəsinə təkliflər verdi   
22.11.2017, 15:50

Jalə Əliyeva büdcə layihəsinə təkliflər verdi  

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi
22.11.2017, 15:48

Telman İsmayılov Fransadan siyasi sığınacaq istədi

Əbülfəs Qarayev İSESKO-nun konfransında iştirak etdi
22.11.2017, 15:40

Əbülfəs Qarayev İSESKO-nun konfransında iştirak etdi

Qubada ayı ovlayan dəstə saxlanıldı
22.11.2017, 15:36

Qubada ayı ovlayan dəstə saxlanıldı

ARXİV