Modern.az

Ən çox qaçqın hansı ölkələrdədir? - BMT AÇIQLADI

Ən çox qaçqın hansı ölkələrdədir? - BMT AÇIQLADI

Dünya

19 İyun 2017, 12:56

2016-cı ildə dünyada qaçqınların sayı 65,6 milyon nəfərə çataraq rekord vurub.

 

Modern.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlarla iş üzrə Agentliyinin “Qlobal trendlər" adlı hesabatında məlumat verilib.

 

Eyni zamanda, qaçqınların sayının 2015-ci illə müqayisədə 300 min nəfər azaldığı da qeyd olunur.

 

2016-cı ildə hər dəqiqə 20 nəfər öz evini tərk etməli olurdu. Sutkada isə bu rəqəm 28300-ə çatırdı. Qaçqınların 51%-i 18 yaşa qədər uşaqlardır.

 

Ən çox qaçqın Suriyada (5,5 milyon nəfər), Əfqanlıstan (2,5 milyon nəfər), Cənubi Sudan (1,4 milyon nəfər), Türkiyə (2,9 milyon nəfər), Pakistan (1,4 milyon nəfər), Livan (1 milyon nəfər), İraq (974 min nəfər), Uqanda (940 min nəfər) və Efiopiya 9791 min nəfər) qeydə alınıb.

 

BMT ali komissarı Fillipo Qrani dünya birliyini qaçqın problemini həll etməyə və bunun üçün diplomatik vasitələrdən effektiv istifadə etməyə çağırış edib.

 

Vüqar İSMAYILOV

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!