“Türküstan” qəzetinin redaksiyasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə mətbuat işçilərinə tikilmiş ikinci binadan mənzil alınması üçün namizədlərin müəyyənləşdirilməsi məqsədilə iclas keçirilib.
İclasda KİVDF-də yaradılmış müvafiq komissiyanın üzvü, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli iştirak idib.
“Türküstan” qəzetinin baş redaktoru Aqil Camal dövlətin mediada çalışan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı atdığı real addımları qeyd edərək, növbəti binadan mənzillərin paylanılması zamanı ehtiyacı və xidməti olan media işçilərinin bu imkandan yararlana biləcəklərinə inandığını söyləyib.
Komissiya üzvü Müşfiq Ələsgərli namizədlərin müəyyənləşdirilməsi prosedurları haqda məlumat verib. Bildirib ki, qəbul olunmuş qaydalara görə həftəlik qəzet redaksiyaları mənzil almaq üçün 3 namizəd irəli sürə bilər.
Müzakirələrdə mənzilə ehtiyacı olan bir neçə qəzet əməkdaşının olduğu bildirilib. Bununla belə, mediada iş stajına, xidmətlərinə, həmçinin, mənzil ehtiyacına görə hazırkı vəziyyətdə baş redaktor müavini Araz Aslanlının kriteriyalara daha çox uyğun gəldiyi vurğulanıb.
Bu baxımdan, “Türküstan” qəzeti redaksiyasından bir namizədin – Araz Aslanlının namizədliyinin irəli sürülməsi qərara alınıb.
Qeyd edək ki, Araz Aslanlı Türkiyənin Hacettepe Universitetinin Biologiya, həmçinin, İqtisadiyyat və İdarəetmə Elmləri Fakultəsini bitirərək, “dövlət idarəçiliyi və politologiya” ixtisasına yiyələnib. Ankara Universitetiində magistraturanı bitirib.
2000-2004-cü illərdə ASAM-da Azərbaycan şöbəsinin müdirii, 2004-cü ildən TUSAM-da Ümumqafqaz Şöbəsinin rəhbəri işləyib.
2000-ci ildən araşdırmaçı jurnalistika ilə məşğuldur. 2006-ci ildən “Türküstan” qəzetində əvvəlcə baş məsləhətçi, hazırda isə baş redaktorun müavini kimi fəaliyyət göstərir.
Qarabağ problemi, enerji strategiyası, Azərbaycan xarici siyasətinin müxtəlif istiqamətləri və s. mövzularda 300-dən çox məqalənin müəllifidir.
Məqalələri ingilis, rus, alman, fransız və türk dillərində dünyanın müxtəlif ölkələrinin (Azərbaycan, Türkiyə, Rusiya, ABŞ, Fransa, İngiltərə və s.) qəzet, jurnal və internet saytlarında dərc olunub. 2015-ci ildə TRT-Avaz kanalında hazırladıqları həftəlik “Yeddinci Gün” verilişinə görə “İlin Peşəkar Jurnalisti” mükafatına layiq görülüb.
21 cildlik Türk Dünyası Ensiklopediyasında “Qarabağ” maddəsinin müəllifidir.
“Heydər Əliyev dövründə Azərbaycanın xarici siyasəti” adlı kitabı 2005-ci ildə Ankarada işıq üzü görüb. Bundan əlavə 4 kitabın müəllifi, 7 kitabın isə həmmüəllifidir.
Modern.az
Səudiyyə Ərəbistanında partlayış və atışma - kral təxliyyə edildi
Siyahını YSK-ya təqdim oludnu – Yaxşı Partiya seçkilərə qatılır
Yeni təyin edilən nazirlər hansı tanınmışların övladıdır?
Həmyerlimizlə xal itirən şahmat "hökmdarı" mətbuat konfransına gəlmədi
Qarlı dərəyə düşmüş avtomobildəki 6 nəfər xilas edilib
Vəzifəsiz qalan Abid Şərifov danışdı: "Sədaqətlə xidmət edəcəm"
Bakı-Moskva reysi ilə uçan təyyarə məcburi eniş etdi
Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb
Yeni Baş nazirin hökuməti - Təyinat olan və olmayan bütün VƏZİFƏLƏR
Moskvada güclü qasırğa - 2 ölü, 17 yaralı
Şimali Koreya bu gündən bütün nüvə sınaqlarını dayandırır
Xərçəngin diaqnostikası üçün xüsusi mikroskopu hazırlandı
Deputatların sayı azaldı - SƏBƏBLƏR
Gənc nazirin uğurlu karyera yolu - DOSYE
Yeni nazirin 38 yaşı var - Bioqrafiya
Dmitri Medvedev yeni Baş nazir Novruz Məmmədovu təbrik etdi
Hacıbala Abutalıbov, İnam Kərimov və Samir Nuriyev vəzifəsindən azad EDİLDİ - SƏRƏNCAM
Novruz Məmmədov şöbə müdiri vəzifəsindən azad olunub
Abutalıbov baş nazirin müavini oldu
Bəzi nazirlik və komitələrə rəhbər təyin olunmadı - ADLAR
Bu məmurlar vəzifəsini itirdi – Səlim Müslümov, Heydər Əsədov, Abid Şərifov, Əli Həsənov, Elçin Əfəndiyev, İsmət Abbasov...
Deputat “Dövlətqaçqınkom”un sədri oldu
İlham Əliyev sərəncam imzaladı – Nazirlər Kabinetinin yeni TƏRKİBİ – SİYAHI
Bu hallarda siyasi partiyalar bağlanacaq – qanuna DƏYİŞİKLİK
Bakı məktəbliləri üçün robototexnika təlimləri başladı
İsmayıllıda paltaryuyan maşında narkotik gizlədən tutuldu
Türkiyədə ağır yol qəzası – 18 nəfər yaralandı
Məhkəmə ANS-lə bağlı qərarını açıqladı
Yerevanda terror hücumlarının qarşısı alındı
Qəhrəman atanın qəhrəman oğlu
Müstəqil Azərbaycanın baş nazirləri – SİYAHI
Sarkisyan etirazçıların liderini danışıqlara çağırdı
Zahid Orucun hakimiyyətlə əlaqələri HAQDA: “Ona etibar var”
Prezidentdən SƏRƏNCAM - Yeni baş nazir təyin edildi
ABŞ-da təhsil almaq istəyənlər üçün Bakıda sərgi təşkil olundu
Şərh yaz