Modern.az

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

"Qarabağ"ın Çempionlar Liqasında rəqibi məlum oldu

Aktual

19 İyun 2017, 14:43

Bu gün Çempionlar Liqasında 2017/18 mövsümünün II təsnifat mərhələsinin  püşkatması keçirilib.

Modern.az xəbər verir ki, İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə  Azərbaycan çempionu “Qarabağ”ın rəqibi də bilinib. Püşkün nəticəsinə görə, komandamız Gürcüstan çempionu "Samtredia" ilə qarşılaşacaq. İlk oyun Bakıda, cavab görüşü Gürcüstanda olacaq.

II təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-i, cavab matçları isə iyulun 18-19-a nəzərdə tutulub. Matların dəqiq tarixi yaxın vaxtlarda açıqlanacaq.

Xatırladaq ki, "Samtredia"  ötən il Avroliqanın birinci mərhələsində "Qəbələ"yə rəqib olub. İlk görüşdə Roman Qriqorçukun komandası rəqibinə 5:1 qalib gəlib, cavab görüşündə 1:2 hesabı ilə uduzub və mərhələ adlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır