Tarixçi-alim Leyla Hüseynova “10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsi plagiatdır” ittihamı ilə çıxış edib.
O bildirib ki, 10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsində çoxlu sayda plagiat, elmi qüsurlar və uyğunsuzluqlar aşkar edilib.
Onun sözlərinə görə təqdim olunan dərslik mətninin bir hissəsi eynilə 2012-ci ildə çap olunmuş 6-cı sinif “Azərbaycan tarixi” dərsliyində də verilib. Yəni layihənin müəllifləri heç bir düzəliş etmədən mətni olduğu kimi köçürüblər və bu, müəllif hüquqlarının pozulmasıdır.
Digər tarixçi-alim Qabil Əliyev də 10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsinin xeyli hissəsinin plagiat olduğunu qeyd edib.
Layihədə həmçinin çoxlu sayda yanlış, qeyri-dəqiq məlumatlar və digər kobud nöqsanlar olduğunu bildirib.
“10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsinin (Bakı, Şərq-Qərb, 2017) xeyli hissəsi plagiatdır. Layihədə həmçinin çoxlu sayda yanlış, qeyri-dəqiq məlumatlar və digər kobud nöqsanlar var. Bu faktlar haqqında elmi və pedaqoji ictimaiyyətə məlumat verməyi özümə borc bilirəm.
Dərslik layihəsinin 9-cu səhifəsində ölkəmizdə ilk insanların yaşaması haqqında köhnə məlumat verilmiş, Azıx mağarasından bəhs olunub. Məlumat üçün bildirək ki, XX əsrin 90-cı illərində Borçalıda 1,8 - 2 milyon il öncəyə aid insan qalıqları və əmək alətləri aşkar edilib. Dərslikdə bu faktların qeyd olunması vacib idi.
8 və 14-cü səhifələrdə Azərbaycanda ilkin dövlət qurumlarının yaranmasının İkiçayarasında gedən proseslərlə bağlı olması iddia edilir. Doğru deyildir, Azərbaycanda ilkin dövlət qurumlarının yaranması Urmiyaətrafı ərazimizdə baş verən sosial-iqtisadi inkişafın məntiqi nəticəsi idi.
11-ci səhifədə Neolit inqilabından bəhs edilmiş, lakin məzmunu açıqlanmayıb. Bu dövr insanlarının nə əkdikləri, hansı heyvanları əhilləşdirdikləri haqqında heç bir məlumat verilməyib.
14-17-ci səhifələrdə erkən dövlət qurumlarından bəhs edilmiş, lakin onları yaradan tayfaların etnik mənşəyi haqqında heç bir məlumat verilməyib.
28-ci səhifədə Makedoniyalı İsgəndərin e.ə. 327-ci ildə Hindistana yürüş etməsi qeyd edilib – doğru deyildir. Yenə həmin səhifədə: “İsgəndərin imperiyasının dağılması nəticəsində bir neçə dövlət yarandı. Onların arasında əsası yerli əhalinin nümayəndəsi tərəfindən qoyulan yeganə dövlət Atropatın adını daşıyan Atropatena dövləti oldu” – yazılması doğru deyil. Həmin vaxt Azərbaycanın şimalında Albaniya, Gürcüstanda İberiya və Kolxida dövlətləri də yerli sülalələr tərəfindən yaradılmışdı.
46-cı səhifədə Bizans imperatorunun Cavanşirə məktubu təhrif edilmiş şəkildə verilib. Məktubun mətni mənbədə aşağıdakı kimidir: “Sənə, hökmdar Cavanşirə, Girdıman sahibinə və Albaniya knyazına ... və Şərqin hökmdarına - Xilaskar Xaçın ilahi qüvvəsindən mərhəmət və bərəkət, bizim imperator şəxsimizdən isə salam və məhəbbətimiz. ...biz və bizim oğullarımız əbədi olaraq sizə, sənə və sənin nəsildən-nəslə gələn oğullarına sevgi, səmimiyyət və sarsılmaz məhəbbətlə münasibət bəsləyəcəyik” (Bax: Moisey Kalankatuklu. Albaniya tarixi. Bakı, 1993, s. 126).
10-cu paraqrafın “Azərbaycanın Ərəb xilafətinin tərkibinə daxil olması” adlanması tarixi gerçəkliyi əks etdirmir. Ərəb xilafəti Azərbaycanı silah gücünə işğal edib. Paraqrafın məzmunu da bunu aydın göstərir.
Dərslik layihəsinin 60-65 və 69-cu səhifələrində verilmiş mətn 2001-ci ildə çap olunmuş 7-ci sinif üçün “Azərbaycan tarixi” dərsliyinin (elmi redaktor: akademik Yaqub Mahmudov) 111-122, 125-127, 146, 148 və 152-ci səhifələrindən köçürülmüş və bəzi ixtisarlarla verilib. Həm də ixtisarlar məzmuna xələl gətirib. Məsələn, dərslik layihəsinin 62-ci səhifəsində “Bərdə faciəsi” yarımbaşlığı verilərkən, rusların (slavyanların) kimliyi, haradan gəlmələri, əvvəlki və sonrakı quldur basqınları haqqında məlumatlar ixtisar edilib.
Azərbaycan xalqının formalaşması haqqında 74-75-ci səhifələrdə ziddiyyətli və yarımçıq məlumat verilib. Mətndən aydın olmur ki, xalq nə zaman formalaşmağa başlamış və nə zaman bu proses başa çatıb”-deyə Q.Əliyev qeyd edib.
Bütün bu ittihamlara 10-cu sinif “Azərbaycan tarixi” dərslik layihəsinin həmmüəlliflərindən olan Kamran Əsədov cavab verib.
O, Modern.az-a açıqlamasında irəli sürülən iddiaların əsassız olduğunu deyib:
“İlk növbədə təəssüflər olsun ki, adını tarixçi qoymuş şəxslərin plagiat və müəlliflik hüququ haqqında qanunvericilikdən xəbərləri yoxdur. Digər tərəfdən onlar qeyd edir ki, həmin dərsliyin müəyyən hissələri 6-cı sinif “Azərbaycan tarixi” kitabından köçürülüb və təhrif olunub.
Həmin şəxslərdən heç biri kitabda müəlliflik hüququna malik deyillər. Mənim müəllifi olduğum 10-cu sinif “Azərbaycan tarixi” dərsliyindəki bütün mövzular Elmlər Akademiyasının Tarix institutu tərəfindən təsdiq olunub.
Ölkə başçımızın da redaktoru olduğu ensiklopediya və yeddi cildlik “Azərbaycan tarixi” dərsliyi əsasında formalaşıb. Yəni yazdığım kitabın bütün mövzuları AMEA tərəfindən təsdiq olunmuş dərsliklərdən götürülüb.
Həmin o iki şəxsin kitabları isə tarix kitabından çox, nağıl və ya gülməli lətifələr kitabına oxşayır. Onlar bacarırlarsa, dərslikdə elmi səhvləri ortaya qoysunlar.
Tutaq ki, hansısa bir dövlətin yaranması ilə bağlı mən də bu kitabda məlumat vermişəm, onlar da öz kitablarında bundan əvvəl qeyd edib. Bu o demək deyil ki, onların yazdığı doğrudur. Faktlar plagiat olmur. Yaxud hansısa dövlətin siyasi, iqtisadi məsələləri ilə bağlı faktları plagiat adlandırmaq tarixçidən çox müğənniyə, şou adamına xas olan xüsusiyyətdir. Abituriyentlərə dərs keçdiyim kimi onlara da dərs keçib başa sala bilərəm ki, burada plagiatlıqdan söhbət gedə bilməz. Eyni faktlar tarixşünaslıqda qəbul və təsdiq olunub”.
Kamran Əsədov sözü keçən dərsliyin tədqiq olunmuş arxiv məlumatlar əsasında formalaşdığını bildirib:
“Bu orta məktəb dərsliyi fundamental elmi əsər deyil. Şagirdlərə tarixin bu və ya digər dövrlərini öyrətmək üçün ən uyğun mətnlərin seçilməsidir. Maraqlı tərəf budur ki, həmin müəlliflər mənimlə birlikdə Təhsil Nazirliyinin tenderində iştirak ediblər. Yəni mənim də, onların da müəllifi olduğu kitab tenderə daxil olmuşdu. Əgər tarixi çox bilirlərsə, savadlıdırlarsa, onların dərslikləri tenderdən keçərdi, mənimki yox... İndi məğlub olublar danışmağa başlayırlar?! Gedib müəllifi olduqları kitabların bərbad vəziyyətdə olduğuna baxsınlar. Kitabım Təhsil Nazirliyinin təsdiq etdiyi ekspert şuraları tərəfindən yüksək qiymətləndirilib və qalib gələn dərslikdir. Həmçinin həmin ekspert qurupunun tərkibi dəyişməyib. Necə oldu həmin ekspertlər onların dərsliyini keçirəndə yaxşı, savadlı idi, indi onların dərsliyi keçməyib deyə pis oldu?
Qaliblər mühakimə olunmur. Onlar tarixi yaratmayıb, həmin şəxslər də kitab hazırlayarkən hansısa mənbələrdən köçürüblər. Müəllifi olduğum dərslik mənbələr əsasında yazılıb və onların rəylərinə də əsaslandırılmış cavablar verilib. Boş-boş danışmaqdan, orta məktəb, əlifba kitabı oxumaqdansa, elmi akademik nəşr oxusunlar.
Üst-üstə düşən materialların da müəllifi onlar deyillər. Həmin məlumatlar tədqiq olunmuş arxiv məlumatlardır və hər kəs ondan istifadə edə bilər. Mən dərsliyin sonunda istifadə etdiyim mənbələri göstərmişəm. Əgər mənbə göstərilibsə, o məlumat heç bir halda plagiat ola bilməz”.
Günay RƏSULQIZI
Səudiyyə Ərəbistanında partlayış və atışma - kral təxliyyə edildi
Siyahını YSK-ya təqdim oludnu – Yaxşı Partiya seçkilərə qatılır
Yeni təyin edilən nazirlər hansı tanınmışların övladıdır?
Həmyerlimizlə xal itirən şahmat "hökmdarı" mətbuat konfransına gəlmədi
Qarlı dərəyə düşmüş avtomobildəki 6 nəfər xilas edilib
Vəzifəsiz qalan Abid Şərifov danışdı: "Sədaqətlə xidmət edəcəm"
Bakı-Moskva reysi ilə uçan təyyarə məcburi eniş etdi
Ermənistan prezidenti müxalifət lideri ilə görüşüb
Yeni Baş nazirin hökuməti - Təyinat olan və olmayan bütün VƏZİFƏLƏR
Moskvada güclü qasırğa - 2 ölü, 17 yaralı
Şimali Koreya bu gündən bütün nüvə sınaqlarını dayandırır
Xərçəngin diaqnostikası üçün xüsusi mikroskopu hazırlandı
Deputatların sayı azaldı - SƏBƏBLƏR
Gənc nazirin uğurlu karyera yolu - DOSYE
Yeni nazirin 38 yaşı var - Bioqrafiya
Dmitri Medvedev yeni Baş nazir Novruz Məmmədovu təbrik etdi
Hacıbala Abutalıbov, İnam Kərimov və Samir Nuriyev vəzifəsindən azad EDİLDİ - SƏRƏNCAM
Novruz Məmmədov şöbə müdiri vəzifəsindən azad olunub
Abutalıbov baş nazirin müavini oldu
Bəzi nazirlik və komitələrə rəhbər təyin olunmadı - ADLAR
Bu məmurlar vəzifəsini itirdi – Səlim Müslümov, Heydər Əsədov, Abid Şərifov, Əli Həsənov, Elçin Əfəndiyev, İsmət Abbasov...
Deputat “Dövlətqaçqınkom”un sədri oldu
İlham Əliyev sərəncam imzaladı – Nazirlər Kabinetinin yeni TƏRKİBİ – SİYAHI
Bu hallarda siyasi partiyalar bağlanacaq – qanuna DƏYİŞİKLİK
Bakı məktəbliləri üçün robototexnika təlimləri başladı
İsmayıllıda paltaryuyan maşında narkotik gizlədən tutuldu
Türkiyədə ağır yol qəzası – 18 nəfər yaralandı
Məhkəmə ANS-lə bağlı qərarını açıqladı
Yerevanda terror hücumlarının qarşısı alındı
Qəhrəman atanın qəhrəman oğlu
Müstəqil Azərbaycanın baş nazirləri – SİYAHI
Sarkisyan etirazçıların liderini danışıqlara çağırdı
Zahid Orucun hakimiyyətlə əlaqələri HAQDA: “Ona etibar var”
Prezidentdən SƏRƏNCAM - Yeni baş nazir təyin edildi
ABŞ-da təhsil almaq istəyənlər üçün Bakıda sərgi təşkil olundu
Salam.Size bunlardan elave bir sey demek isterdim .10-cu sinif Umumi Tarix Kitabinda hunlarin parcalanmasini e.e 48-ci ile yazib.Amma 6-ci sinif dersliyinde e.e 58-ci il yazilib.Bu bir sehv.Ikinci en boyuk sehvdir.Bu nazirlik ne fikirlesir men bilmirem.Kitaba ayrica xerite kimi ''Ermenistan Respublikasi'' adi altinda xerite salinib.Erazideki torpaqlar da mehz Azerbaycan torpaqlari olub.Buna ne deyirsiniz?????? Bu nedir??? bu esl savadsizliqdir.Bundan elave 6-ci sinf umumi tarix dersliyinde sultan mahmud Qeznevinin hindistan erzasinie yurusunu 1002-1026-ci iller yazilib.Amma 10-cu sinifde 1000-1026 yazilib.Ay savadsizlar siz bizi ne hesab edirsiniz.Qebul sual salinanda biz ne yazaciq.Bu bir yana biz kurikulumlara qebul modeli?kurikulum test toplulari?= hazirliq qaydalari baresinde hecne satisa cixmayibdir.indi qebvulda bele sual dusende onda gunah sizlerde olacaq bir tarixi basqa kitabda bir cur obirisinde bir cur yazirlar guya ki teze deyisiklik edirler.indi teze testl;er cixib uzu teze icini acanda gorursen ki hamisi topludaki suallaardi.Bu olkede Kuiokulum zeifdir.....
Şərh yaz