Modern.az

Dövlət İmtahan Mərkəzindən bakalavrlara XƏBƏRDARLIQ

Dövlət İmtahan Mərkəzindən bakalavrlara XƏBƏRDARLIQ

19 İyun 2017, 17:39

Dövlət İmtahan Mərkəzi (DİM) bakalavrlara xəbərdarlıq edib. DİM-in mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi bu gün  saat 23:59-da başa çatır. 


“İxtisaslaşma seçiminə 9 iyun tarixindən start verilib və bu proses 19 iyun saat 23:59-dək davam edəcək. İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də ixtisaslaşmaların müsabiqəsində iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrinin təsdiqini təmin etsinlər.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar”.



Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi