Modern.az

DİM: Apellyasiya şikayəti verən 91 şagirdin qiyməti dəyişdirildi

DİM: Apellyasiya şikayəti verən 91 şagirdin qiyməti dəyişdirildi

Aktual

19 İyun 2017, 17:45

Dövlət İmtahan Mərkəzi ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanlarının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasının məlumatını açıqlayıb.

 

DİM-dən Modern.az-a verilən məlumata görə, ümumi orta təhsil səviyyəsi üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) imtahanının və ümumi orta təhsil səviyyəsindən kolleclərə qəbul imtahanının I mərhələsinin nəticələri ilə bağlı yaradılmış Apelyasiya Komissiyasına açıq tipli tapşırıqlar ilə əlaqədar 234 şagird və ya abituriyent (bütün imtahan verənlərin 0,20%-i) 1419 tapşırıq (bütün tapşırıqların 0,06%-i) üzrə qiymətlərinin araşdırılması üçün ərizə ilə müraciət edib. Onlardan 91 şagirdin (bütün imtahan verənlərin 0,08%-i) cəmi 124 tapşırıq (bütün tapşırıqların 0,005%-i,) üzrə qiymətində dəyişiklik edilmiş, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.

 

Namidə BİNGÖL

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!