Modern.az

Neft niyə bahalaşa bilmir...

Neft niyə bahalaşa bilmir...

Aktual

20 İyun 2017, 10:52

2017-ci ildə ilk dəfə olaraq Brent markalı neftin hər barelinin qiyməti 47 dollardan aşağı düşüb.

Modern.az xəbər verir ki, bu barədə danışan iqtisadçı Vüqar Bayramov deyib ki,Qətər ətrafındakı gərginlik, eləcə də ABŞ-da neft ehtiyatlarının artması fonunda neftin dünya bazar qiymətində azalmalar var:

“Bu ilk ilk 4 ayında nisbətən stabil qalan neft qiymətlərinə Qətər gərginliyindən sonra OPEC anlaşmasının yerinə yetirilməsi ilə bağlı formalaşan inamsızlıq birbaşa təsir göstərməkdədir. Əslində, son proseslər göstərir ki, nəinki şist neft hasilatının artması və ya alternativ enerjidən istifadə imkanlarının genişləndirilməsi, hətta Yaxın Şərq ölkələrinin bir-biri ilə gərgin münasibətləri neftin qiymətinin yüksəlməsinə imkan vermir”.

Ekspert bildirib ki, Azəraycan dövlət büdcəsində neftin bir barelinin qiyməti 40 dollar nəzərdə tutulduğundan hələlik mövcud qiymət ölkəmiz üçün məqbuldur:

“Bununla belə, əvvələrdə qeyd etdiyimiz kimi, neftin dünya bazar qiymətinin 40 dollardan aşağı düşməsi Azərbaycan iqtisadiyyatı üçün arzuolunan deyil. Bu tədiyyə balansına və xüsusən də ölkəyə daxil olan valyutanın həcminə mənfi təsir göstərəcək. Bu baxımdan, fiskal konsolidasiyanın növbəti mərhələsi struktur islahatlarının sürətləndirilməsi formasında həyata keçirilməlidir. Struktur islahatlarının genişləndirilməsi yalnız büdcə vəsaitlərinə qənaət deyil, eyni zamanda müxətlif sektorların idarəedilməsində çevikliyin və səmərəliyinin gücləndirilməsi baxımdan da vacibdir”.

 

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır