Modern.az

“Rayon camaatını təhqir etmək, elə özünü təhqir etməkdir” - Gənc yazarların DAVASI

“Rayon camaatını təhqir etmək, elə özünü təhqir etməkdir” - Gənc yazarların DAVASI

20 İyun 2017, 11:16

“Gənc və tanınmış şair Şəhriyar del Geraninin sosial şəbəkə vasitəsilə Bakıya işləməyə, oxumağa gələn rayon əhalisinin paytaxtda mədəni mühiti pozmaları ilə bağlı mübahisə doğuracaq statusu məndə təəssüf hissi yaratdı.” 


Modern.az
xəbər verir ki, bunu gənc yazar Tağı Türk şair Şəhriyar del Geraninin rayon sakinlərinin Bakıya axını ilə bağlı özünün Facebook səhifəsində yazdığı statusa cavab verərkən deyib.


O  bildirib ki, ədəbi mühitdə olan birinin belə bir ifadə işlətməsi onda təəssüf hissi yaratmaya bilməzdi: “Şəhriyar del Gerani istedadlı və tanınmış şairdir. Onun belə bir fikir yürütməsini pisləyirəm. Bildiyim qədərilə, səhv etmirəmsə, onun özü də rayondandır. Belə olan halda, rayon camaatını təhqir etmək, elə özünü təhqir etməkdir. Gündəmdə qalmaq üçün belə ucuz və primitiv üsullardan istifadə edilməsini ona yaraşdırmıram”.


Şair Şəhriyar del Geraninin məlum paylaşımında belə qeyd edib:


"İyul da gəlsə idi rayon adamları çıxıb gedərdilər öz küçələrinə tüpürməyə. Çərlədik tamam. Mən Bakıda cəmi bu iki ayı rahat ola bilirəm: İyul, avqust.
O vaxtlar ki, Bakıda qoyun hesabına oxuyan, kirayələrdə toyuq-cücə hesabına qalan, imtahanları dana, yumurta hesabına keçən tələbələr, tikintilərdə tapşırıqla fəhlə işləyən rayon adamları çıxıb gedirlər aidiyyatları üzrə məkanlara. Vəssəlam! Başqa heç vədə. İlahi, adam nə qədər yerə tüpürər, adam nə qədər eskalatorda, avtobusda ayaq tapdalayar, adam ictimai nəqliyyatlarda nə qədər iy verib iylənər, adam nə qədər metroda şit-şit, uca səslə gülünüb qurtarmış zarafatlar edər, adam nə qədər piyada keçidlərində sürücülərin əsəbləri ilən oynayar, adam nə qədər ona-buna sataşar, adam nə qədər ətrafa zərər verməyə aludə, vərdişkar olar? Bu boyda ölkədə bircə nəfəsliyimiz var, onu da zəbt eyləyib nəfəsimizi kəsirlər. Birtəhər dişini-dişinə sıxıb yola gedirsən. Amma başa düşürəm mənim kimi bəy, axundzadə, zadəgan nəslinin nümayəndələri, oyuncaqları kitablar olmuş kəslər, ümumiyyətlə şəhər elitası, aristokrat təbəqə nələr çəkir bunların əlindən".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir