Modern.az

Torpaq mənşəli patogenlərin öyrənilməsi üçün monitorinq keçirilib.

Torpaq mənşəli patogenlərin öyrənilməsi üçün monitorinq keçirilib.

20 İyun 2017, 11:30

12-16 iyun 2017-ci il tarixlərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO)  “MTF/AZE/007/STF– Azərbaycanda fitosanitar nəzarətin və diaqnostika xidmətlərinin gücləndirilməsi” layihəsi çərçivəsində CYMMIT – in (Buğda və qarğıdalının yaxşılaşdırılması üzrə Beynəlxalq Mərkəz) Ankara ofisinin əməkdaşları Dr Abdelfattah AS Dababt və Dr Mustafa İmrenin iştirakı ilə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən Azəbaycanın İsmayıllı, Şəki, Bərdə və Kürdəmir rayonları ərazisində əsasən nematodlar və Fuzarium cinsi göbələklər olmaqla torpaq mənşəli patogenlərin öyrənilməsi üzrə monitorinq həyata keçirilib.

 

Modern.az xəbər verir ki, monitorinq müddətində Şəki və İsmayıllı rayonları ərazilərindəki suvarılmayan dağlıq/dağətəyi , Bərdə və Kürdəmir rayonlarının isə suvarılan, düz ovalıq sahələrinin buğda sahələrindən torpaq nümunələri toplanılıb, Ekspertiza Mərkəzinin laboratoriyalarının əməkdaşlarının iştirakı ilə nümunələrin ilkin işlənməsi həyata keçirilib. Sista əmələgətirən  və hərəkətli nematodların aşkarlanması üçün isə torpaqdan nematodların ekstraksiyası yerinə yetirilib. Daha sonra nümunələrdə Fusarium culmorum göbələyinin aşkar olunması üçün nümunələrin qidalı mühitdə əkini aparılacaqdır. Bundan başqa, CYMMIT əməkdaşları tərəfindən Ekspertiza Mərkəzinin mütəxəssisləri üçün müxtəlif brifinqlər keçirilib.

 

Monitorinqdən sonra təlimin üçüncü hissəsi kimi torpaq nümunələrindən ekstraksiya olunan nematodlar və göbələklər identifikasiya üçün Türkiyə Respublikasına aparılacaq və Dövlət Fitosanitar Nəzarət Xidməti Respublika Karantin Ekspertiza Mərkəzinin əməkdaşlarının iştirakı ilə identifikasiyası  həyata keçiriləcəkdir.    

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir