Modern.az

Rusiyada yaşayan alim kitab kolleksiyasını Şamaxı Astrofizika Rəsədxanasına BAĞIŞLADI

Rusiyada yaşayan alim kitab kolleksiyasını Şamaxı Astrofizika Rəsədxanasına BAĞIŞLADI

Aktual

20 İyun 2017, 11:35

Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlı alim, günəş fizikası üzrə mütəxəssis, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Əsgər Həsənəlizadə şəxsi kitab kolleksiyasını Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi kitabxanasına bağışlayıb.

Akademiyadan Modern.az-a verilən məlumata görə, alimin şəxsi kolleksiyasına astronomiya, astrofizika, mexanika-riyaziyyat, fizika və digər elmlərə aid 1500-ə qədər kitab, toplular və konfrans materialları daxildir.

Qeyd edək ki, Ə.Həsənəlizadə müxtəlif vaxtlarda ŞAR-ın aparıcı elmi işçisi, astrofiziki metrologiya laboratoriyasının rəhbəri vəzifəsində çalışıb. Alimin araşdırmalarının bir çoxu beynəlxalq jurnallarda ingilis dilində nəşr edilib. O, 1990-cı ildən etibarən Avropa Astronomik İttifaqının üzvü, 1995-ci ildən Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı