Modern.az

Məşhur kulinardan MÜRACİƏT: Sahurda və iftarda kolbasa-sosiska yeməyin!  

Məşhur kulinardan MÜRACİƏT: Sahurda və iftarda kolbasa-sosiska yeməyin!   

20 İyun 2017, 12:27

Azərbaycan Milli Kulinariya Mərkəzinin prezidenti Tahir Əmiraslanov oruc tutan vətəndaşlara müraciət edib.

 

Modern.az-ın məlumatına görə, baş kulinar müqəddəs ayda kolbasa-sosiska yeməməyi tövsiyə edib:

 

“Əziz oruc tutan qardaş və bacılar, Allah orucunuzu və dualarınızı qəbul eləsin. Mən səhər -səhər yol gələndə radiodan oruc tutanlara halal kolbasa məsləhət -reklam edildiyini eşitdim. Mütəxəssis kimi təzə ət ola-ola, hətta ən yaxşı və ən halal kolbasanı iftarda və ya sahurda yeməyinizi məsləhət görmürəm”.

 

O qeyd edib ki, təzə ət ,təzə balıq,t əzə toyuq ən yaxşı kolbasa- sosiskadan daha xeyirli və daha yaxşıdır:

 

“İndi sizin orqanizminizə daha təmiz, daha təbii yemək daxil olmalıdır”.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı