Modern.az

Azərbaycanın qeyri-maddi mədəni irs subyektlərinin informasiya bankı yaradılır

Azərbaycanın qeyri-maddi mədəni irs subyektlərinin informasiya bankı yaradılır

13 Noyabr 2009, 11:12

Mədəniyyət və turizm naziri Əbülfəa Qarayev Azərbaycanın qeyri-maddi mədəni irsinin dəstəklənməsi, qorunması və tanıdılması işinin daha səmərəli təşkil olunması üçün  “Azərbaycanın qeyri-maddi mədəni irs subyektlərinin informasiya bankının yaradılması”  haqqında əmr imzalayıb. Modern.az xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İnformasiya bankı Qeyri-maddi mədəni irs sahəsində fəaliyyət göstərən Azərbaycan xalq tətbiqi (təsviri, dekorativ) sənət ustaları, folklor (xalq musiqisi, teatrı, şifahi yaradıcılığı) ifaçıları və kollektivləri, folklor, sənətkarlıq, diyarşünaslıq üzrə tədqiqatçılar, qeyri-maddi mədəni irs sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları və özəl qurumlar haqqında dolğun, ətraflı məlumatları və yaradıcı nailiyyətləri özündə əks etdirən xüsusi portfoliolardan ibarət olacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı