Modern.az

Türkiyədə iki azərbaycanlı yaralandı

Türkiyədə iki azərbaycanlı yaralandı

20 İyun 2017, 12:42

 Türkiyə ilə İran sərhədinə döşənən minaların təmizlənməsi zamanı baş verən partlayışda Azərbaycanın iki vətəndaşı yaralanıb.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, partlayış İğdır əyalətinin Küçük Ağrı dağının ətəklərində olub.

Sərhədə döşənən minaları təmizləyərkən baş verən partlayış nəticəsində 35 yaşlı Azərbaycan vətəndaşı Razi Aslanov və 38 yaşlı Ruslan Abişov yaralanıb.

Məlumatda qeyd edilib ki, Razi Aslanov əlləri və gözündən, Ruslan Abişov isə ayaqları və bədənin müxtəlif yerlərindən xəsarət alıb. 

Yaralılar İğdır Dövlət Xəstəxanasına yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır. 

 

 

Mirmahmud KAZIMOĞLU

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir