Modern.az

Avropadan sığınacaq istəyən ermənilərin bəhanələri: “Həyat yoldaşım azərbaycanlıdır”

Avropadan sığınacaq istəyən ermənilərin bəhanələri: “Həyat yoldaşım azərbaycanlıdır”

20 İyun 2017, 12:55

Avropa ölkələrində sığınacaq almaq istəyən ermənilərin bunun üçün uydurduqları bəhanələrin bir qismi məlum olub.

 

Modern.az “Qrapark” qəzetinə istinadən xəbər verir ki, Ermənistan Dövlət Miqrasiya Xidmətinin rəisi Qaqik Yeqanyan belçikalı həmkarlarının ona bu bəhanələrlə bağlı məlumatlar verdiyini deyib.

 

“Siyasi təqiblərə məruz qaldığını iddia edən çoxsaylı vətəndaş qrupundan sonra ikinci ən geniş yayılmış bəhanə qarışıq nikahlarla bağlıdır. Guya ki, ər erməni, həyat yoldaşı azərbaycanlıdır və onlar bu ölkələrdən heç birinə gedə bilmirlər. Bundan başqa, seksual azlıq nümayəndəsi və İehova Şahidləri dini sektasına mənsub olduqlarını iddia edərək Avropada yaşayış icazəsi almaq istəyənlər də var”.

 

Vüqar İSMAYILOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir