Modern.az

İş axtaran müəllimlərdən ərizə qəbulu başlayır

İş axtaran müəllimlərdən ərizə qəbulu başlayır

20 İyun 2017, 14:36

İyulun 1-dən Təhsil Nazirliyi sisteminə daxil olan orta məktəblərə müəllimlərin işə götürülməsi üçün müsabiqə üzrə elektron ərizələrin qəbulu başlayır.

Modern.az xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bu prosesin 1-14 iyul tarixlərində davam edəcəyini bildirib.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.

E.Bağırov qeyd edib ki, 26-30 may tarixlərində müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, 8-12 iyun tarixlərində isə bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi üzrə elektron sənəd qəbulu aparılıb. Eyni rayon (şəhər) daxilində yerdəyişmə nəticəsində 650 nəfərə yaxın, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişmə nəticəsində isə 1000 nəfərə yaxın müəllim elektron ərizədə göstərdikləri seçimlər üzrə yerləşdirilib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir