19 noyabr 2017, Bazar
Ana Səhifə - QARABAĞ - Həmsədrlərin son səfəri Qarabağa nə vəd edir? - TƏHLİL
Həmsədrlərin son səfəri Qarabağa nə vəd edir? - TƏHLİL
20.06.2017, 14:56

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona növbəti səfəri baş tutdu.

 

Ermənistan və işğal altındakı Qarabağa səfərdən sonra İqor Popov (Rusiya), Riçard Hoqland (ABŞ) və Stefan Viskonti (Fransa)  səfərin yekunlarına dair bəyanat verərək, son vaxtlar təmas xəttində müşahidə olunan gərginlikdən narahatlıqlarını ifadə etdilər. Münaqişəsinin həlli yolları və detalları barədə isə həmişəki kimi qeyri-müəyyən açıqlamalar verildi.

Həmsədrlərin bəyanatında bildirilir ki, iyun ayında regiona baş tutmuş səfərin əsas məqsədi bu il aprelin 28-də xarici işlər nazirlərinin Moskvada keçirilmiş üçtərəfli görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair növbəti addımlarla bağlı tərəflərin mövqelərini, habelə münaqişə zonasında ümumi vəziyyəti müzakirə etmək olub.

 

Bəyanatda qeyd olunur ki, iyunun 10-da həmsədrlər İrəvanda Ermənistan prezidenti Serj Sarkisyan və iyunun 19-da Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşlər keçiriblər. Hər iki paytaxtda onlar xarici işlər və müdafiə nazirləri ilə də məsləhətləşmələr aparıblar. İyunun 12-də həmsədrlər Dağlıq Qarabağa səfər edib və oradakı de-fakto hakimiyyətin nümayəndələri ilə görüşüblər. Vasitəçilər Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları da daxil olmaqla, Dağlıq Qarabağın ətraf ərazilərinə səfər ediblər.

 

Bakıda aparılan danışıqlar zamanı həmsədrlər bu yaxınlarda təmas xəttində itkilərə səbəb olmuş atəşkəs pozuntusundan dərin narahatlıqlarını bildiriblər. Onlar Azərbaycan rəhbərliyinə müraciət edərək, vəziyyətin bundan sonrakı eskalasiyasından çəkinməyə çağırıblar. Həmsədrlər eyni müraciəti Ermənistan rəhbərliyi və Dağlıq Qarabağın de-fakto hakimiyyətinə də ünvanlayıblar. Onlar tərəfləri təmas xəttində və Azərbaycan-Ermənistan dövlət sərhədində gərginliyin azaldılmasına istiqamətlənmiş tədbirləri nəzərdən keçirməyə çağırıblar.

 

Hər iki paytaxtda həmsədrlər tərəfləri danışıqlarda yenidən mahiyyət üzrə, siyasi iradə göstərərək, vicdanla iştirak etməyə çağırıblar. Qeyd ediblər ki, bu, münaqişənin həllində tərəqqi gözləyən və buna layiq olan bölgə sakinləri üçün möhkəm sülhə nail olmağın yeganə yoludur. Prezidentlər həll prosesinin ən mübahisəli məsələləri üzrə kompromis tapmaq üçün siyasi dialoqu bərpa etmək niyyətlərini bəyan ediblər. 

 

Görünən odur ki, həmsədrlər ötən ilin aprelində baş verən eskalasiyanın təkrarlanmaması üçün bütün vasitələrdən istifadə edir. Amma maraqlıdır ki, bütün diqqətlərini atəşkəs rejiminin qorunması və təmas xəttində nəzarət mexanizmlərinin qurulmasına yönəldən diplomatlar münaqişənin həlli yolları ilə bağlı yeni heç nə təklif etmədilər.

Yalnız rusiyalı həmsədr İqor Popovun prezidentlərin yeni görüşə hazır olmaları barədə açıqlaması boz gündəmə rəng qata bildi. Lakin görüşün dəqiq vaxtı və detalları barədə ətraflı məlumatın olmaması ekspertlərdən səbr tələb edir. Yəqin ki, yaxın aylarda bununla bağlı müfəssəl açıqlama veriləcək. Bu açıqlama həm ATƏT, həm də Ermənistan və Azərbaycan Xarici İşlər Nazirlikləri tərəfindən verilə bilər.

 

Paralel olaraq, həmsədrlər də regionda Azərbaycanın hərbi nüfuzunun artdığını, Ermənistan üzərində tam hərbi və siyasi üstünlük qazandığını anlayır. Belə olan halda, danışıqlar prosesini hər vəchlə uzatmağa çalışan, status-kvonun qorunmasını istəyən rəsmi İrəvandan fərqli olaraq, işğal altındakı torpaqlarını geri qaytarmaq istəyən Azərbaycandan hərbi güc nümayiş etdirməməyi istəmək məntiqli addım deyil. Unutmaq olmaz ki, 2010-2012-ci illər arasında Azərbaycan və Rusiyanın “Rosoboroneksport” QSC arasında ümumi dəyəri 4 milyard dollar olan silah alqı-satqısı müqaviləsi imzalanıb. 
2014-cü ilin sonlarına qədər bu rəqəm 5 milyard dollara çatıb. Həmin müqavilələrin şərtlərinə əsasən, Rusiya Azərbaycana ən müasir 90 ədəd T-90 tankı tədarük edib. Həmin müqavilədə Azərbaycana tanklardan əlavə, Piyada Döyüş Maşınları, reaktiv artilleriya qurğuları, döyüş vertolyotları və s. müasir texnika alıb.

İsrail, Türkiyə. Ukrayna, Belarus və Pakistanla da Azərbaycan analoji müqavilələr bağlayıb və ən müasir silah arsenalını toplayıb.  

 

Təbii ki, silah satışına çoxmilyardlıq vəsaitlər xərcləyən rəsmi Bakı həmin silhalardan öz ərazisində tam isitfadə etmək hüququna malikdir. Dağlıq Qarabağ ərazisinin də BMT və bütün beynəlxalq aləm tərəfindən Azərbaycana məxsus olduğu tanındığı üçün rəsmi Bakı öz daxili işini həll etmək üçün bu silahlardan tam istifadə etmək hüququna malikdir.

ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq birlik də bunu yaxşı anlayır.  

 

Vüqar İSMAYILOV


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Qaxda dağlıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB
19.11.2017, 18:01

Qaxda dağlıq ərazidə baş verən yanğın söndürülüb - YENİLƏNİB

“Mercedes” işıq dirəyinə çırpıldı: ölən və xəsarət alan var - SİYƏZƏNDƏ
19.11.2017, 17:35

“Mercedes” işıq dirəyinə çırpıldı: ölən və xəsarət alan var - SİYƏZƏNDƏ

Ermənistan ordusunda növbəti FƏRARİLİK    
19.11.2017, 16:51

Ermənistan ordusunda növbəti FƏRARİLİK    

93 yaşlı prezident Zimbabve hakim partiyasının rəhbəri postundan kənarlaşdırılıb
19.11.2017, 16:37

93 yaşlı prezident Zimbabve hakim partiyasının rəhbəri postundan kənarlaşdırılıb

Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: “Azərbaycanın şərti var ki, silah daşınmasın...”   
19.11.2017, 15:37

Abxaziya dəmir yolunun açılmasına dair danışıqlar: “Azərbaycanın şərti var ki, silah daşınmasın...”  

Bu il ölkəyə 532 mindən mobil telefon və digər mobil qurğular idxal olunub
19.11.2017, 15:19

Bu il ölkəyə 532 mindən mobil telefon və digər mobil qurğular idxal olunub

6 şəxsin meyiti Azərbaycana qaytarılıb - Qızıl Xaç Komitəsinin HESABATI
19.11.2017, 14:48

6 şəxsin meyiti Azərbaycana qaytarılıb - Qızıl Xaç Komitəsinin HESABATI

Lavrov İrəvanda Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edəcək
19.11.2017, 14:37

Lavrov İrəvanda Qarabağ münaqişəsinin tənzimlənməsi perspektivini müzakirə edəcək

Ucarda pambıq tayası yanıb
19.11.2017, 14:24

Ucarda pambıq tayası yanıb

“Azəristilik” SÖZ VERDİ: “Sabahdan bütün mənzillərdə istilik olacaq”
19.11.2017, 14:14

“Azəristilik” SÖZ VERDİ: “Sabahdan bütün mənzillərdə istilik olacaq”

“Made in Azerbaijan” brendi ilə Rusiyaya məhsullar ixrac olunacaq
19.11.2017, 13:30

“Made in Azerbaijan” brendi ilə Rusiyaya məhsullar ixrac olunacaq

Fransada polis 3 nəfəri qətlə yetirib
19.11.2017, 12:40

Fransada polis 3 nəfəri qətlə yetirib

Sabaha olan hava PROQNOZU
19.11.2017, 12:28

Sabaha olan hava PROQNOZU

İmişlidə avtoqəza: ölən və yaralananlar var
19.11.2017, 11:43

İmişlidə avtoqəza: ölən və yaralananlar var

Komanda-qərargah oyunları çərçivəsində Naxçıvan Qarnizonu fəaliyyətlərini davam etdirir - FOTO - VİDEO
19.11.2017, 11:25

Komanda-qərargah oyunları çərçivəsində Naxçıvan Qarnizonu fəaliyyətlərini davam etdirir - FOTO - VİDEO

“Evrascon” ASC-nin avtomobili beton dirəyə çırpılıb, ölən və yaralanan var - SALYANDA
19.11.2017, 11:07

“Evrascon” ASC-nin avtomobili beton dirəyə çırpılıb, ölən və yaralanan var - SALYANDA

Plagiat faktlarla  bağlı hansı müraciətlər daxil olub?- RƏSMİ
19.11.2017, 11:04

Plagiat faktlarla  bağlı hansı müraciətlər daxil olub?- RƏSMİ

Türkiyə, Rusiya və İran xarici işlər nazirləri bu gün görüşəcək
19.11.2017, 10:31

Türkiyə, Rusiya və İran xarici işlər nazirləri bu gün görüşəcək

Çaylarda sululuq səviyyəsi açıqlandı
19.11.2017, 10:12

Çaylarda sululuq səviyyəsi açıqlandı

Düşmən atəşkəsi 135 dəfə pozdu
19.11.2017, 09:49

Düşmən atəşkəsi 135 dəfə pozdu

Teymur Rəcəbov FİDE Qran-pri mərhələsinin liderlər qrupunda yer alıb
19.11.2017, 00:56

Teymur Rəcəbov FİDE Qran-pri mərhələsinin liderlər qrupunda yer alıb

İngiltərəli azarkeşlər arasında kütləvi dava
19.11.2017, 00:32

İngiltərəli azarkeşlər arasında kütləvi dava

NATO baş katibi Ərdoğandan təkrar üzr istədi
19.11.2017, 00:13

NATO baş katibi Ərdoğandan təkrar üzr istədi

İtkin düşən Kürdəmir sakini tapıldı
18.11.2017, 23:49

İtkin düşən Kürdəmir sakini tapıldı

Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya etdi
18.11.2017, 23:32

Ukrayna 8 Gürcüstan vətəndaşını deportasiya etdi

İranda dahi şair Şəhriyarın büstü təhqir edildi
18.11.2017, 23:13

İranda dahi şair Şəhriyarın büstü təhqir edildi

Astarada torpaq sürüşməsi yolları qismən bağladı
18.11.2017, 22:56

Astarada torpaq sürüşməsi yolları qismən bağladı

“İskəndər-M” yeni ballistik raketi sınaqdan keçirildi - Video
18.11.2017, 22:42

“İskəndər-M” yeni ballistik raketi sınaqdan keçirildi - Video

“Dünya gözəli-2017”in qalibi Hindistan təmsilçisi oldu
18.11.2017, 22:23

“Dünya gözəli-2017”in qalibi Hindistan təmsilçisi oldu

Prezident  Robert Muqabe Zimbabvedən qaçdı
18.11.2017, 22:09

Prezident  Robert Muqabe Zimbabvedən qaçdı

Rusiya İŞİD mövqelərini bombaladı
18.11.2017, 21:51

Rusiya İŞİD mövqelərini bombaladı

Deputat Ərəb Liqası rəsmilərinə köçkünlərdən danışıb
18.11.2017, 21:35

Deputat Ərəb Liqası rəsmilərinə köçkünlərdən danışıb

Sabirabaddakı qəzada polis əməkdaşı öldü
18.11.2017, 21:22

Sabirabaddakı qəzada polis əməkdaşı öldü

Prezident məşhur Aslan Aslanovu təltif etdi
18.11.2017, 21:08

Prezident məşhur Aslan Aslanovu təltif etdi

Dünyanın ən iri hava gəmisi qəzaya uğradı
18.11.2017, 21:04

Dünyanın ən iri hava gəmisi qəzaya uğradı

ARXİV