Modern.az

Elman Məmmədov: “Milli Qəhrəmanlar ilin 365 günü yada salınmalıdırlar”

Elman Məmmədov: “Milli Qəhrəmanlar ilin 365 günü yada salınmalıdırlar”

20 İyun 2017, 16:19

Ordu ölkəmizin, millətimizin, müstəqilliyimizin dayağıdır. Aydındır ki, ordunu ordu edən döyüşçülər, əsgərlər və cəsur komandirlərdir. Azərbaycan Ordusunda belə qəhrəmanlar çox olub. Qarabağ döyüşlərində Vətən üçün vuruşub, şəhid olan, Milli Qəhrəman adına layiq görülənlər buna əyani nümunədir.
Bir neçə gündən sonra xalqımız Silahlı Qüvvələr gününü qeyd edəcək. Bu ərəfədə Vətənin igid döyüşçüləri xüsusilə yada salınmalıdır. Lakin bu insanların bir çoxu xatırlanmamaqdan şikayət edir. Ordu günündə təşkil edilən tədbirlərə dəvət edilmədiklərini bildirirlər.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bu mövzuda Modern.az-la fikirlərini bölüşüb. O bildirib ki, Milli qəhrəmanlar gənc nəsil üçün nümunədir və bu, nəzərə alınmalıdır:


“Müdafiə Nazirliyi Ordu günü ilə bağlı hərbi hissələrdə tədbirlər keçirə bilər. Təbii ki, hərbi parad  və yaxud mədəni-kütləvi tədbirlər olarsa, Milli qəhrəmanlarımız da ora dəvət almalıdır. Ancaq hərbi hissə elə bir obyektdir ki, orda olan tədbirlər bəzən qapalı formada təşkil edilir. Hər halda, düşünürəm ki, Silahlı Qüvvələr günü münasibətilə keçirilən tədbirlərə Milli qəhrəmanlar, keçmiş döyüşçülər, Qarabağ əlilləri də qatılmalı, çıxış etməlidirlər. Onlar keçdiyi döyüş yolunu təqdim etməli, göstərdikləri şücaətdən, qəhrəmanlıqlardan gənc əsgərlərimizə  danışmalıdırlar. Bu, daha yaxşı olar”.

“Əlbəttə, biz Milli qəhrəmanlarımızla fəxr edirik. İgidliklərinə görə orden və medallarla təltif olunan keçmiş döyüşçülərimiz, Qarabağ qazilərimiz var. Bu insanlar cəmiyyət üçün nümunədir.

Biz geridə qalanları atmamalı, unutmamalıyıq. Yaxşılardan nümunə götürməliyik. Bu insanlar  döyüş yolu keçiblər, vətən uğrunda savaşıblar. İstər adi günlərdə, istərsə də Ordu günündə-ümumiyyətlə ilin 365 günündə orta və ali məktəblərdə, müxtəlif idarə, müəssisə, təşkilatlarda keçirilən mədəni-kütləvi tədbirlərdə onlar haqqında danışılmalı və fərqləndirilməlidirlər”.


Günay RƏSULQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir