Modern.az

Gəncə sakini özünü yandırıb

Gəncə sakini özünü yandırıb

Aktual

20 İyun 2017, 18:27

Gəncə şəhər sakini üzərinə neft tökərək özünü yandırıb. 

 

APA-nın qərb bürosunun xəbərinə görə, şəhər sakini 1979-cu il təvəllüdlü Hacıyev Azər Fəxrəddin oğlu ağır yanıq xəsarətləri ilə Gəncə şəhər Təcili və təxirəsalınmaz yardım xəstəxanasına yerləşdirilib.

 

Onun tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu, bədəninin 90 faizə qədərinin yandığı bildirilir.

 

İlkin məlumata görə, A. Hacıyev psixi xəstəlikdən əziyyət çəkir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar