Modern.az

Gəncə-Amerika Guşəsi açılıb

Gəncə-Amerika Guşəsi açılıb

Aktual

20 İyun 2017, 20:14

Gəncə Mərkəzi Kitabxanasında Gəncə-Amerika Guşəsi açılıb. ABŞ-ın Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumata görə, ABŞ səfiri Robert Sekuta Amerika açılış mərasimində çıxış edib.

O, guşənin yerli əhali üçün vacibliyini önə çəkib.

Açılış mərasimində Gəncə şəhəri İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin nümayəndələri də iştirak ediblər.

ABŞ səfirliyi Gəncə Mərkəzi Kitabxanasına yeni avadanlıq, texnika və lazımı materiallar hədiyyə edib. Guşə yay aylarında ingilis dilini öyrənmək və təhsil proqramları üçün açıq olacaq.

R.Sekuta ABŞ hökumətinin mübadilə proqramlarının məzunları ilə görüşüb. Səfir ABŞ-da aldıqları təhsilin onların karyeralarında nə dərəcədə əhəmiyyətli olduğu və məzunların Gəncədə çalışarkən yerli icma üçün nə edə bildikləri ilə maraqlanıb.   

Amerika Guşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika guşələri də daxildir. Bu mərkəz və guşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramlarını barədə ətraflı öyrənmək və Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyaları layihələrində iştirak etmək imkanı yaradır. Guşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma nümayəndəsi üçün pulsuz internet və bir sıra başqa imkanlar təqdim edir.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı