Modern.az

ABŞ səfiri Gəncədə Amerika Guşəsinin açılışında

ABŞ səfiri Gəncədə Amerika Guşəsinin açılışında

21 İyun 2017, 15:45

ABŞ-ın Azərbaycandakı səfirliyi Gəncə Mərkəzi Kitabxanasında yerləşən Gəncə Amerika Güşəsinin açılışından məmnundur.

Səfir Sekuta Amerika güşəsinin açılışında etdiyi qısa çıxışında  guşənin yerli icma üçün vacibliyini qeyd edib.

Bu haqda Modern.az-a səfirlikdən məlumat verilib.

Açılış mərasimində Gəncə şəhəri İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyinin nümayəndələri də iştirak ediblər.

Səfirlik kitabxanaya yeni avadanlıq, texnika və lazımı materialları hədiyyə edib.

Guşə ingilis dilini öyrənmək və təhsil proqramları üçün yay vaxtı açıq olacaq.

 

Səfir Sekuta, həmçinin, Amerika hökumətinin mübadilə proqramlarının məzunları ilə görüşüb, amerikada aldıqları təhsilin onların karyeralarında nə dərəcədə əhəmiyyətli olduğu və məzunların Gəncədə çalışarkən yerli icma üçün nə edə bildikləri barədə maraqlanıb. 

 

Amerika Güşəsi proqramına Azərbaycan Dillər Universitetində yerləşən və ən böyük olan Bakı Amerika Mərkəzi, Gəncə, Kürdəmir, Salyan və Xaçmaz şəhərlərində yerləşən regional Amerika güşələri də daxildir.

Bu mərkəz və guşələr ingilis dilini təkmilləşdirmək, Birləşmiş Ştatlar barədə məlumat əldə etmək, təhsil və mübadilə proqramları barədə daha ətraflı öyrənmək və  Yaradıcılıq Məkanında yüksək innovativ texnologiyaları layihələrində iştirak etmək imkanlarını yaradır. 

Guşələr, həmçinin, mühazirələr, danışıq klubları, hər bir icma numayəndəsi üçün pulsuz internet və bir sıra başqa fəaliyyətlərini də təqdim edir.

 

Gəncə Amerika Mərkəzi barədə daha ətraflı məlumat əldə etmək üçün xahiş olunur ki,//www.facebook.com/americancenterbaku/ Facebook səhfəsinə daxil olasınız və yaxud ABŞ Səfirliyinin Məlumat Mərkəzinə 488 33 00, daxili 3617  nömrələrinə zəng edəsiniz.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir