Modern.az

“Vətəndən aldığımı, Vətənə qaytarıram” - ƏZİZ SANCAR!!!

“Vətəndən aldığımı, Vətənə qaytarıram” - ƏZİZ SANCAR!!!

Ədəbi̇yyat

21 İyun 2017, 16:08

Əziz Sancar bircə günü içərisində 300 minlik türk dünyasını sevindirdi. Dünyanın unutmaq istədiyi yaddaşına türk kimliyi, türk adını yenidən yazdı.  2015-ci ilin Nobel mükafatının sahibi oldu. Dünyada Nobel mükafatına layiq görülən  162 kimyaçıdan biri də  türk oğlu ƏZİZ SANCAR oldu.  Mükafatı alan kimi Ankaraya tələsdi. İlk səfər etdiyi ölkə ana yurdu, ana Vətəni Türkiyə oldu.  Sahib olduğu medalı Böyük Atatürkün Anıt Qəbirinə hədiyyə etdi. Dedi ki,  Nobel mükafatının nizamnaməsində yazılan “Hər bir Nobel mükafatçısının əsas işi gənclərə örnək olmaq, onlara ümid verməkdir. Mənim gücüm isə ancaq Türkiyədəki gənclərimizə örnək olmağa çatır, nə qədər canım var, türk övladlarına və Vətənimə xidmət edəcəm. Mənə ödül qazandıran Atatürk və Türkiyə Cümhuriyyətidir. Ona görə də bu ödülün sahibi Atatürk və Türkiyə Cümhuriyyətini təmsil edən Anıtkabir Muzeyidir”-  Vətəndən aldığımı, Vətənə qaytarıram”.

DNK sahəsində ilk uğura imza  atıb, daha bir şöhrət qazanan  professor Aziz Sancarın  qanında Əmir Teymur, Osmanlı İmperiyasının  Sultan Əhmədi kimi dahilərin  qarışığı var.

Əmir Teymurun qan hüceyrələrini gəzdirən bir insan təbii ki,  dövlətini, millətini sevməlidir. Əmir Teymur dünyadan köçməzdən əvvəl müəllimi  Şeyx Bərəkənin ayaqları altında dəfn olunmasını vəsiyyət edir. Bu Əmir Teymurun elmə, kitaba, müəllimə olan hörmətinin nişanəsi idi. Sultan Əhməd də öz dövründə ən böyük islahatlarını elmə, biliyə, alimlərə güvənərək edirdi, və bütün uğurlarında onların əvəzzis əməyini unutmurdu. Mustafa Kamal Atatürk də Türkiyyə Cümhuriyyətini qurmaqla əsas gücünü təhsilə verdi. Dedi ki, bir dövlət ancaq alimləri, aydınları ilə güclü ola bilər.

O pirlərdən  qalan ənənələri yaşadan Əziz Sancar, türk dünyasının o möhtərəm şəxsiyyətlərinin qanını canında daşıyan Əziz Sancar başqa cürə ola bilməzdi ki...  Ona görə də deyir ki, hətta həyata yenidən gəlsə müəllimliyi seçərdi. Çünki müəllimlər insanlığın istikbalını təyin edirlər.

...Təvazökar, sadə, təmkinli, yaşı 70-i  təzəcə adlayan Əziz Sancarla görüşmək şərəfini bizə UNEC-in rektoru professor Ədalət Muradov yaşatdı. Elini, obasını, millətini sevən o BÖYÜK TÜRKÜN görüşünə gəlməkdən hamımız qürür duyduq.

Bakıdan, Azərbaycandan danışanda dedi ki, Can Azərbaycanın Müstəqilliyinə qovuşmasından çox məmnun və xoşbəxtdir. Bakıda qonaq olduğu 1 həftə ərzində bu şəhərin işıqlı və təmiz küçələrini , dənizini sevib. Bakıdakı türk əsgərlərinin adına ucalan Şəhidlik abidəsinin üzərindəki “Ayrılarmı könül candan Türkiyə-Azərbaycan” sözlərini bir daha ürəyinə,təhsil ocaqlarında tələbələrlə keçirdiyi görüşləri ömür kitabının səhifələrinə yazdı.

Həm həkim, həm professor  Əziz Sancar insanlığın xilası üçün  lap gənc yaşlarından mücadilədə oldu. İlk tibb  təhsilini İstanbulun Tibb Fakultəsində almışdı.  Mardindəki ata yurdu Savurdakı  xəstəxanada çalışmışdı. Aldığı maaşı xəstə və kimsəsizlərin sağalması üçün xərclədi.  Qazandığı pullarla kəndin bütün uşaqlarına oyuncaqlar aldı, kitablar aldı. O kənddə yaşadığı dövrdə ətrafdakı hər kəs ondan xeyirxahlıq gördü. O kənddə hər evdə bir Əziz Sancar xatirəsi yaşayır.

Sonra Amerikanın  Dallasında Texas Universitetinin doktoruna qədər yüksəldi. Bu mərtəbəyə çatmaq üçün  Nobel mükafatı alan günə qədər həftənin 6 gününü 12-16 saat , bazar günün isə 6 saat işləməklə  çalışdı, laboratoriyalarda təcrübələr apardı.  288  elmi məqalə, 33 kitab yazdı.  Yaşadığı və işlədiyi  Şimali Karolinanın  Tibb Universitetində  həyat və laboratoriya, iş  yoldaşı  Guven Sancarla  birlikdə çəkdi. Çünki özü 1977-ci ildə Amerikaya gələndə onun oxuduğu şəhərdə  bir nəfər də türk yox idi.  Amerikaya gələnədə çox çətinliklər gördü.  Amerikaya gələn gənclər həmin  çətinlikləri  görməsinlər deyə,  dövlətdən heç bir dəstək almadan  öz qazancı ilə , millətinin dəstəyi ilə Karolinada bir Türk Evi yaratdı. 9 ildir ki, həmin Türk Evi fəaliyyət göstərir. Qazandığı bütün vəsaitini Amerikada oxuyan Türk gənclərinə xərcləyir. Bu işlərində onun ən yaxşın köməkçisi isə həyat yoldaşı Güven Sancardır.

Amalı, əqidəsi insanlara və insanlığa xidmət olan Əziz Sancar xərçəng xəstəliyinə qalib gələ biləcək dərmanıni axtarışındadır. Hətta həyat yoldaşı Guven Sancarı bu xəstəlikdən müalicə edib, həyata qaytarıb.


Onunla  UNEC-də olan görüşdən bizə qalan öyüd və nəsihətlər, bilgilər oldu:

--şəkər xəstəliyinə daha çox köklüyə meyilli, çox yeyən adamlar yoluxurlar. Çalışın çox kökəlməyin.  Şəkər varlı həyat tərzinin xəstəliyidir. Özünüzü çox yeməkdən uzaq tutun. Hər şeyin çoxu ziyana aparır. Şəkər xəstəliyinin tam müalicəsi yoxdur;

-- xərçəng xəstəliyinin  daşıyıcılarının 30 faizi siqaret çəkənlərdir. Əgər uşaqlarımızı bu gündən etibarən siqaret çəkməkdən çəkindirsək, o zaman insanlığın  30 faizi xərçəng xəstəliyindən uzaq olar;

-- təmiz yaşamaq insanlar üçün önəmlidir. Təmiz yaşasanız bütün xəstəliklərdən uzaq olarsınız. Siqaret xəstəlikdir. 30 il siqaret çəkinb,xəstələnəndən sonra onu tərgidirsunizsə, bu təmizlənmək deyil. Təmizlik başdan gəlir.

-- 2006-ci ildə Ədəbiyyat üzrə  Nobel mükafatı alan  Orhan Pamuk onun olduğu şəhərdə kitabının təqdimatını keçirərkən hamı kimi növbədə dayanıb, Orhan Pamuku təbrik edib. Orhan Pamuk isə Nobel ödülü alan Əziz Sancara təbrik teleqramı da göndərməmişdi.

Orhan Pamuk haqqında bunları da dedi:

--İndi İstanbulda bir növ adamlar var ki, özlərinə “Bəyaz türk” deyirlər.  Sonradan bildim ki, bu “dünya adamaı” deməkdir.  Bizim dövrümüzdə İstanbul kosmopolit şəhər deyildi. O “bəyaz adamlar”ın təbirincə  kosmopolit şəhərdir. Əlbəttə Orhan Pamuk Türkiyəyə şərəf gətirdi. Mən özüm ondan  eşitmədim, görmədim, əgər Orhan Pamuk  erməni qətlıiyamının olduğunu deyirsə,  çox böyük xəta edir.  Günahdır belə danışmaq, doğru deyil.

Lütfi Zadə haqqında dedi:

--Lütfi Zadə Nobeldən böyükdür. Riyaziyyat sahəsində Nobel olmadığına görə o Nobel mükafatı almadı. Lakin  Lütfi Zadənin yaratdıqları, təsdiq etdiləri, elmə gətirdiyi yenilikləri 200 ildən sonra da yeni olacaq, oxunacaq, öyrəniləcək.


Bakıda olanda heyifsiləndiyi də oldu:

-- Gözləmədiyim bir durum gördüm Azərbaycanda. Deyirsiniz ki, Türk dünyasının birləşməsini Türkiyədən gözləyirik. Belə deyil. “Türkiyə bizim öndərimizdir”  - deyirsiniz. Kimsə kimsənin  böyük qardaşı deyil. Biz bu söhbətdə  böyük qardaş ola bilmərik. Çünki Azərbaycanda türkçülük bizdən əvvəl doğulub, bizdən əvvəl olub. Azərbaycan türkçülüyün Vətənidir. Ona görə belə fikirləri qəbul etmirəm.

Türk birliyinin yaranacağı zamanı  söylədi:

Türk birliyi  sosial və siyasi bir mübahisədir.  Nə zaman olur, bilmirəm. İnşallah mən həyatda olurkən olur. Bəlkə də görürəm. Bəzən eşidirəm deyirlər ki, xarici qüvvələr birliyimizə mane olur. Belə şey yoxdur. Biz öz haqqımızı əldə etməliyik, haqqı qazanmaq, mənfəəti qazanmaq asan başa gəlmir. Çarəsini özümüz tapmalıyıq.  Əlbəttə mənafelərimizi başqalarının mənafeləri ilə üst-üstə düşməyə bilər. Ancaq çalışmalıyıq. Özümüz-özümüzü  qoruyub-güclənməliyik. Öz aramızda birliyə gəlməliyik. Birləşə bilməməyimizin səbəbini Amerika, Rusiya, İngiltərə, Ərəbistanda deyil, özümüzdə axtarmalıyıq.

Harada olsanız Vətənə dönün

Aldığım Nobel mükafatını da,digər  mükafatlarımın da hmısını Türkiyəyə sakitliyin, sabitliyin gəlməsi üçün verərdim. Hətta aldığım Nobeldən də vaz keçərəm. Əgər bu Türkiyəyə sabitlik gətirərsə. Türkiyədəki terrorlar içimi yandırır. Mən Vətənimə dönə bilmədim. Uşaqlarınıza harada olsalar, sonda Vətənə dönməyi öyrədin.  Vətəni sevməyi öyrədin. Ölkəsinə, məmləkətinə faydalı olan bütün dünyaya faydalı olur.


Aida Eyvazlı

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!