Modern.az

Ülvi Quliyevdən İslam Oyunları ərəfəsində idmançılarımıza dəstək  - VİDEO  

Ülvi Quliyevdən İslam Oyunları ərəfəsində idmançılarımıza dəstək  - VİDEO    

13 Aprel 2017, 17:00

Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, Milli Məclisin Gənclər və idman komitəsinin sədr müaviniÜlvi Quliyev IV İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək idmançılarımıza dəstək nümayiş etdirib. Modernaz saytının məlumatına görə, sosial şəbəkələrdə Ülvi Quliyevin idmançılarımıza dəstəyini əks etdirən video yayılıb. Kadrlarda Əməkdar bədən tərbiyəsi və idman xadimi, karate üzrə Avropa və dünya çempionu, millət vəkili Ülvi Quliyevin necə səylə məşq etdiyi də görünür.

Xatırladaq ki, bu il mayın 12-dən 22-dək Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları bütün Azərbaycan, eləcə də İslam dünyası üçün mötəbər idman təntənəsidir. On gün ərzində bütün İslam dünyasının nəbzi Azərbaycanda döyünəcək. Yarışlarda iştirak edəcək Azərbaycan karateçilərinə böyük ümidlər bəslənilir.

Ülvi Quliyevin idmançılarımıza dəstəyini əks etdirən videonu təqdim edirik.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir