Modern.az

Jurnalist Kamran Mahmudov sərbəst buraxılıb - YENİLƏNİB

Jurnalist Kamran Mahmudov sərbəst buraxılıb - YENİLƏNİB

22 İyun 2017, 12:47

İyunun 22-də jurnalist Kamran Mahmudov Gürcüstana gedərkən saxlanılıb. Modern.az xəbər verir ki, bu barədə «Facebook» sosial şəbəkəsində vəkil Cavid Rzazadə yazıb.

“Kamran Mahmudovu Gürcüstana mənimlə birlikdə gedərkən sərhəddə saxlayıb Qazax Rayon Polis İdarəsinə apardılar. İlkin olaraq deyildi ki, Kamran axtarışdadır”, – vəkil yazıb.

Vəkilin yazdığına görə, jurnalist müvəqqəti saxlanma kamerasına aparılıb.

«Kamranın üzərindən 127 manat pul, plastik kartlar və digər şəxsi əşyalar aşkar edilib götürüldü. Şəxsi axtarış hal şahidlərinin və mənim vəkil olaraq iştirakım olmadan aparıldı», – vəkil yazıb.

K.Mahmudov “Azadlıq” radiosunun Bakı ofisi bağlananadək bu radioyla əməkdaşlıq edib. O, daha sonra «Kanal 13» internet televiziyasında çalışırdı.

“Azadlıq” radiosunun məlumatına görə, Qazax Rayon Polis Şöbəsindən bildiriblər «Kamran Mahmudov saxlanıb və Qazax Rayon Polis Şöbəsinə gətirilib. İndi araşdırma gedir».

Polis əməkdaşı deyib ki, K.Mahmudovun saxlanma səbəbi ölkədən çıxışına yasaq qoyulması ilə bağlıdır.


***

Jurnalist Kamran Mahmudov Qazax Rayon Polis Şöbəsindən sərbəst buraxılıb. K.Mahmudov "Azadlıq"a deyib ki, son iki ildə dəfələrlə xarici ölkələrə gedib, ona hər hansı yasaq barədə məlumat verilməyib:

«Bu gün, iyunun 22-si səhər məni saxladılar. Gömrükdə dedilər ki, ölkədən çıxışıma yasaq var».

K.Mahmudovun deməsinə görə, yalnız Qazax Rayon Polis Şöbəsində onu öyrənə bilib ki, ölkədən çıxışına qadağa aprel ayında qoyulub. Qadağanı qoyan qurum isə Daxili İşlər Nazirliyidir.

Jurnalist deyib ki, məhkəməyə müraciət etmək niyyətindədir.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir