Modern.az

Bakıdakı yəhudi məktəbinə kimlərin uşaqları qəbul edilir?

Bakıdakı yəhudi məktəbinə kimlərin uşaqları qəbul edilir?

Təhsil

22 İyun 2017, 12:04

Bir neçə gündür sosial şəbəkələrdə uşaqlara verilən qeyri-Azərbaycan dilli təhsil mövzusu müzakirə olunur. Müzakirələrə qoşulanlardan kimisi övladını Azərbaycan dilli məktəblərə qoymayan valideynləri qınayır, ittiham edir, kimisi də əksinə, rusdilli təhsilin əhəmiyyətindən danışır. Bəzi valideynlər isə övladını gələcəkdə ingilis dilli təhsil ocaqlarında, hətta yəhudi məktəblərində oxutdurmağı arzulayır.  

Yəhudi məktəbindən söz düşmüşkən, Bakıda belə bir təhsil ocağı fəaliyyət göstərir. Bəs ora kimlərin övladını götürürlər? Hansı valideynlər övladını Bakıdakı “Xabad-Or-Avner” yəhudi məktəbində oxutdura bilər?


Modern.az-ın əməkdaşı adı çəkilən məktəblə əlaqə saxlayıb.

 “Xabad-Or-Avner” yəhudi məktəbində ancaq yəhudi uşaqları təhsil alır. Bura ana tərəfdən yəhudi olan uşaqlar götürülürlər. Məktəbdə tədris rus dilində aparılır”,-deyə məktəbin kadrlar şöbəsindən Modern.az-a bildirilib.

O da qeyd edilib ki, məktəbdə başqa millətlərin uşaqları oxumur.

““Xabad Or-Avner” yəhudi məktəbi 2010-cu ildə yaradılıb. Sırf yəhudi uşaqları üçün nəzərdə tutulub. Məktəbdə 200-ə yaxın şagird təhsil alır. Şagirdlər ali məktəblərə hazırlaşarkən yaxşı nəticə göstərirlər. Həm xarici ölkə universitetlərində, həm də Azərbaycan universitetlərində ali təhsillərini davam etdirirlər. Bu il məzunlardan bir neçəsi Türkiyədə, Avstraliyada, Rusiyada oxumağa qərar verib”.

Qeyd edək ki, “Xabad-Or-Avner” yəhudi orta məktəbi 2010-cu ildə Heydər Əliyev Fondu və “Or-Avner” Fondu tərəfindən inşa edilib.


Namidə BİNGÖL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?