Modern.az

İlham Əliyevlə İqor Dodon təkbətək görüşdə nələrdən DANIŞDI?

İlham Əliyevlə İqor Dodon təkbətək görüşdə nələrdən DANIŞDI?

Aktual

22 İyun 2017, 12:14

“Azərbaycan-Moldova münasibətlərinə əhəmiyyətli dinamika vermək vacibdir ki, çox iş görmək mümkün olsun”.

 

Modern.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan Moldova Prezidenti İqor Dodonla təkbətək görüşündə deyib.

 

Moldova Prezidenti İqor Dodonu salamlayan Azərbaycan Prezidenti İlham Əliyev bildirib:

 

"Xoş gəlmisiniz. Əminəm ki, səfər yaxşı keçəcək və ikitərəfli münasibətlərin mühüm məsələlərini müzakirə edəcəyik. Bir çox məsələlər üzrə bütövlükdə fikir mübadiləsi aparacağıq. İkitərəfli münasibətlərə əhəmiyyətli dinamika vermək də vacibdir ki, çox iş görmək mümkün olsun. Sadəcə, həm rəhbərlik, həm də nazirlər, bütün əməkdaşlar fəal işləməlidirlər. Azərbaycana xoş gəlmisiziniz!"

 

İqor Dodon isə deyib ki, Moldova və Azərbaycan arasında çox yaxşı ikitərəfli münasibətlər var.

 

Moldova Prezidenti bildirib:

 

"Hörmətli cənab Prezident. Mən çox şadam ki, Sizin dəvətinizlə Azərbaycana bu rəsmi səfəri təşkil edə bilmişik. Bizim çox yaxşı ikitərəfli münasibətlərimiz var. Biz may ayında ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyini qeyd etmişik. Təəssüf ki, son 5 ildə hökumətlərarası komissiyanın iclasını keçirməmişik. Buna görə də çox ümid edirəm ki, bizim görüşümüz ikitərəfli münasibətlərimizə yeni impuls verəcək. Çünki potensial çox böyükdür. Hələ ki, bundan tam həcmdə istifadə olunmur".

 

O qeyd edib ki, Moldovada çox böyük Azərbaycan diasporu var:

 

"Yüz illərdir ki, biz bir yerdə yaşayırıq, onlar özlərini Moldovada yaxşı hiss edirlər. Azərbaycanda bizim diaspor daha azdır. Biz dünən görüşmüşük, təxminən 10-15 nəfər. Lakin biz həmişə sülh və dostluq şəraitində yaşamışıq. Mən ümid edirəm və əminəm ki, gələcəkdə bizi daha yaxşı və gözəl nailiyyətlər gözləyir".

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!