Modern.az

Dövlət büdcəsində DƏYİŞİKLİK - Xərclər 1 mlrd. manat artırılır

Dövlət büdcəsində DƏYİŞİKLİK - Xərclər 1 mlrd. manat artırılır

22 İyun 2017, 15:45

“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə əlavə və dəyişikliklər ediləcək.

Milli Məclisdən Modern.az-a verilən məlumata görə, dəyişikliyə əsasən, dövlət büdcəsinin gəlirlərinin 511 mln. manat, xərclərinin isə təxminən 1 mlrd. manat artırılması təklif olunur.


2017-ci il dövlət büdcəsində nəzərdə tutulan proqnoza əsasən, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə əlavə olaraq 135 mln. manat daxil olacaq. Büdcədənkənar gəlirlər hesabına 76 mln. manatın cəlb olunması nəzərdə tutulur.

Dəyişikliyə əsasən, Azərbaycan Beynəlxalq Bankının avrobondlarının emissiyası ilə əlaqədar xarici dövlət borcunun yuxarı həddinin 4,5 mlrd. manatadək artırılması nəzərdə tutulur.

 

 

Mirmahmud KAZIMOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər