Modern.az

Aprel şəhidi kreditə görə məhkəməyə verildi - deputat bankı rüsvay etdi

Aprel şəhidi kreditə görə məhkəməyə verildi - deputat bankı rüsvay etdi

Aktual

22 İyun 2017, 15:54

"Para" BOKT ASC Aprel şəhidi Xaliq Əzizzadəni məhkəməyə verib.

 

Modern.az-ın məlumatına görə,  bu barədə deputat Qənirə Paşayeva bildirib. 

 

O qeyd edib ki, Xətai rayon məhkəməsində qaldırılan iddia əsasında şəhid cavabdeh qismində məhkəməyə çağırılıb:

 

“Bir saatdır, şəhid anasının həyacandan, əsəbdən, üzüntüdən gözyaşları dayanmır. Çünki o şəhid övladının bir müddət əvvəl fəaliyyətdə olan "Para Bank"dan götürdüyü pul üzündən məhkəməyə verilib və yaşadığı evi itirmək üzrədir.

 

Doğrudanmı bankın Xaliq Əzizzadənin şəhid olması barədə xəbəri yoxdur ki, onu cavabdeh qismində məhkəməyə çağırtdırır? Bunun bir ana üçün nə qədər böyük bir ağrı olduğunun fərqində olmaq bu qədərmi çətindir?”

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?