Modern.az

“Qanun layihəsinin mahiyyətini azaldacaq bir fikrə yol verməmişəm

“Qanun layihəsinin mahiyyətini azaldacaq bir fikrə yol verməmişəm”

22 İyun 2017, 16:32

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev “Milli Məclis deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi ilə bağlı söylədiyi fikirlərin ictimaiyyətə yanlış təqdim olunduğunu  bildirib.

Ağacan Abıyev Milli Məclisin Mətbuat xidmətinə açıqlamasında bu sənədin “mənasız və qeyri-ciddi” olduğunu söyləmədini qeyd edib:

“İyunun 20-də Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında sənədin müzakirəsi zamanı dediyim fikirlər və bununla əlaqədar mətbuata açıqlamam tamamilə kontekstdən çıxarılıb. Bu qanun dünyanın əksər ölkələrində qəbul olunub. Çox da uğurla işləyir. Mən qanunun əhəmiyyətini yüksək qiymətləndirirəm. Heç kəs bu sənədin aktuallığını şübhə altına ala bilməz. Əsla, qanun layihəsinin mahiyyətini azaldacaq bir fikrə yol verməmişəm. Sadəcə, qanun layihəsində deputata verilən hədiyyələr məsələsinə münasibət bildirmişəm. Xahiş edirəm, mənim fikirlərim cəmiyyətə yanlış şəkildə təqdim olunmasın”.
 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu