Modern.az

Mehriban Əliyeva işə qarışdı – şəhidin borcu bağlandı

Mehriban Əliyeva işə qarışdı – şəhidin borcu bağlandı

Aktual

22 İyun 2017, 16:59

Bu gün “Para" BOKT ASC-nin "Aprel şəhidi" Xaliq Əzizadəni kreditə görə məhkəməyə verməsi ilə bağlı xəbər yaymışdıq.

 

Xəbərdə bildirilirdi ki, şəhidin adına Xətai Rayon Məhkəməsi tərəfindən bildiriş gəlib və o, borcu ödəmədiyinə görə məhkəməyə çağırılıb.

 

Modern.az xəbər verir ki, artıq məsələ şəhid ailəsinin xeyrinə həll olunub. Belə ki, bu barədə məlumat verən deputat Qənirə Paşayeva məsələyə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaının müdaxilə etdiyini bildirib:


"“Para" BOKT ASC-yə və idarə heyətinin sədri Vəli Quliyevə təşəkkürlər. Şəhid qardaşımız Xaliq bəyin ailəsinin banka bütün borçlarını bağışladılar və bununla bağlı sənədləri şəhidimizin anasına və atasına verdilər.
Ölkəmizin 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya xüsusi təşəkkür edirik. Onun diqqətinin xüsusi dəstəyi oldu. Mehriban xanımın köməkçisi Anar Ələkbərov zeng edib, şəhid anamızla danışdı və dedi ki şəhid ailələri Mehriban xanımın xüsusi diqqətindədir. O, ailənin qayğıları ilə maraqlanıb “hər zaman yanınızdayıq” dedi. Mehriban xanıma hər zaman olduğu kimi, bu cür həssas yanaşması üçün təşəkkür edirik”.  


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır