Modern.az

“Əl-Qaidə” Ben Ladenlə bağlı rəsmi açıqlama yayıb

“Əl-Qaidə” Ben Ladenlə bağlı rəsmi açıqlama yayıb

Dünya

6 May 2011, 22:51

“Əl-Qaidə” beynəlxalq terror təşkilatı rəsmi olaraq Üsamə Ben Ladenin öldürüldüyünü təsdiq edib. Modern.az “RİA-Novosti”yə istinadən bildirir ki, bu barədə terror təşkilatı rəsmi açıqlama yayıb. 
Bəyanatda deyilir ki, onun qanı yerdə qalmayacaq və “Əl-Qaidə” ABŞ və onun müttəfiqlərinə hücumlarını davam etdirəcək.
"Əl-Qaidə” rəhbərliyi tərəfindən imzalanmış bəyanatda o da deyilir ki, Ben Ladenin ölümündən bir həftə öncə səsinin yazıldığı audiolent yayımlanacaq.
"Onların xoşbəxtlikləri kədərə çevriləcək, qanları göz yaşlarına qarışacaq. Biz Şeyx Üsamənin öldüyü Pakistanın müsəlman xalqına müraciətlə deyirik: üsyana qalxın" – bəyanatda deyilir.

Ben Laden may 2-də ABŞ hərbiçilərinin keçirdiyi əməliyyat nəticəsində qətlə yetirilib. Bu xəbəri ABŞ prezidenti Barak Obama açıqlayıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir