Modern.az

Ramazan bayramında kimlər fitrə verə bilər, kimlər yox...

Ramazan bayramında kimlər fitrə verə bilər, kimlər yox...

Aktual

22 İyun 2017, 17:18

İyununun 26-da müsəlman dünyası Ramazan bayramını qeyd edəcək. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) yaydığı məlumatda bildirilir ki, bayram namazı iyunun 26-da səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.
Mübarək Ramazan ayı bitdikdə, şəvval ayının 1-ci günü Fitr bayramı qeyd olunur. Fitr bayramında oruc tutmaq haramdır. Bayram axşamı ailə başçısı ailə üzvləri adından imkansız müsəlmanlara yardım məqsədilə fitrə zəkatı çıxarır. 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) yaydığı məlumata görə, Azərbaycanda bu il fitrə zəkatının məbləği adambaşına 5-10 manat arası məsləhət görülür.

Bəs, fitrə zəkatı kimlərə vacibdir və kimlərə verilməlidir?

 

Modern.az-ın bu qəbildən olan suallarını QMİ rəsmi nümayəndəsi, Məşədi Dadaş məscidinin imam-camaatı Hacı Şahin Həsənli cavablandırır.

 

Tanınmış ilahiyyatçı bildirir ki, fitrə Ramazan ayını ən vacib əməlidir:


“Bayram namazı da bəyəniləndir, amma vacib əməl deyil. Fitrə zəkatı isə bayram gününün vacib əməlidir. Əgər bir insan bayram günü fitrə verməzsə, günah etmiş sayılır və orucu da qəbul olunmur. Fitrə zəkatı bayram axşamı, yəni iyunun 25-dən 26-na keçən gecə ayrılır. Zəkat gecə də verilə bilər. Səhər bayram namazına qədər verilsə, daha yaxşı olar”.

 

QMİ rəsmisi bildirir ki, fitrə zəkatı 3 kiloqram arpa, buğda, kişmiş, düyü və s. ərzaq miqdarında ayrılmalıdır:

“Həmin ərzaqları pulla da əvəzləmək olar. İnsanlar fitrəni sadalanan ərzaqların bazar qiymətinə uyğun tənzimləyə bilərlər. Yəni bu ərzaqlardan birindən 3  kiloqram hər ailə üzvünə görə fitrə zəkatı verməlidirlər. Zəkat ailə başçısı adından hər bir üzvə görə ayrılır və ehtiyaclı insanlara verilir. O insanlar ki, aylıq, gündəlik xərcini təmin edə bilmir, onlar fitrə zəkatı ayırmamalıdır. Qafqaz Müsəlmanları İdarəsi də təxmini məbləğ müəyyən edib: 5-10 manat. Sadəcə bizə suallar verilir, biz də Qafqaz Müsəlmanları İdarəsi olaraq bir məbləğ təyin edirik”.

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir