Modern.az

“Ermənistanın işğalçılıq siyasəti region üçün böyük təhlükəyə çevrilib” - FORUM

“Ermənistanın işğalçılıq siyasəti region üçün böyük təhlükəyə çevrilib” - FORUM

22 İyun 2017, 18:25

İyunun 22-də Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) və QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Ermənistanın işğalçılıq siyasətinın yaratdığı problemlər və regional təhlükəsizliyə təsiri” layihəsi çərçivəsində “Ermənistanın işğalçılıq siyasəti: Regionda təhlükəsizlik və humanitar fəlakət” mövzusunda ictimai forum keçirib.

Forumda Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, xarici ölkələrin səfirləri, millət vəkilləri, Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, QHT və KİV rəhbərləri, ziyalılar, tanınmış ekspertlər iştirak edib.

QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, politoloq Rufiz Qonaqov tədbirdə bildirib ki, Ermənistanın işğalçılıq siyasətinın yaratdığı problemlər və regional təhlükəsizliyə təsiri illərdir davam edir:

“Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq, dinc qonşuluq prinsipinə hörmət etməsinə rəğmən Ermənistandakı cinayətkar rejim təcavüzkar siyasətindən, işğal planından əl çəkmir. Ermənistanın bu siyasəti illərdir davam edir və nəinki Azərbaycan üçün, eləcə də bütün region üçün ciddi təhlükəyə çevrilib. Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə Ermənistana, onun rəhbərlərinə xəbərdarlıq edib ki, Azərbaycan bu işğalla barışmayacaq və torpaqlarımız azad ediləcək. Artıq Ermənistan dərk etməlidir ki, bu çağırışa əməl etməklə öz təhlükəsizliyini təmin etmiş olacaq. Əks təqdirdə, Azərbaycan öz torpaqlarını azad etmək hüququna malikdir və bu yaxın zamanlarda baş verəcək”.

Prezident Administrasiyasının məsul əməkdaşı, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədr müavini Vüsal Quliyev bildirib ki, Ermənistanın təcavüzkar siyasəti sülhə və əmin-amanlığa hər zaman təhlükə olub və bu təhlükə indi də davam edir. Lakin Azərbaycan dövlətinin qüdrəti, Prezidentin apardığı siyasət bunu deməyə əsas verir ki, işğal olunmuş torpaqlarımız tezliklə azad ediləcək:

“Bunu Ermənistanda yaxşı bilirlər ki, Azərbaycan Prezidenti, Azərbaycan xalqı, Azərbaycan Ordusu heç zaman bu işğalla barışmayacaq və bir qarış torpağımız belə düşəmən işğalında qalmayacaq”.

Daha sonra Milli Məclisin deputatları Elman Nəsirov, Hikmət Babayev, Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev, Qarabağ Araşdırmalar Mərkəzinin sədri Elçin Əhmədov, “Cumhuriyyət” qəzetinin baş redaktoru Rəfail Becanov, “Milli Məclis” jurnalının baş redaktoru Ülviyyə Abdullayeva,  filologiya elmlər doktoru Rövşən Məmmədov, “Gündəlik Teleqraf” Holdingin rəhbəri Aynur Camalqızı, iqtisad elmlər doktoru Fikrət Yusifov məruzə ilə çıxış ediblər.  

Məruzələr bitdikdən sonra forumda ayrı-ayrı panellər üzrə müzakirələr davam etdirilib.Müzakirələrdə Azərbaycanın sülh təşəbbüslərinə baxmayaraq Ermənistanın işğalçılıq siyasətindən əl çəkməməsi xüsusi vurğulanıb. Bildirilib ki, dünya ölkələri Ermənistanı təcavüzkar dövlət kimi tanıyır və işğalçıdan bu məkrli siyasətindən əl çəkmək tələb olunur.

 Müzakirələrdə “ Metsamor” Atom Elektrik Stansiyasının region üçün böyük bir təhlükə mənbəyi olduğu, bu stansiyanın bağlanması üçün aparılan kampaniya. Ermənistanın regionda humanitar fəlakətə aparan addımları, informasiya müharibəsi sahəsində görülən işlər ətrafında çıxışlar edilib.

Müzakirələrə deputatlar Sahib Alıyev, Flora Qasımova, Qənirə Paşayeva, QAT sədri Akif Nağı, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, politoloq Mübariz Əhmədoğlu, professor Qüdrət İsakov, YAP Gənclər Birliyinin sədri Seymur Orucov da  qoşulublar.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi