Modern.az

“Ailə TV”yə hücum edənlərdən biri yaxalandı

“Ailə TV”yə hücum edənlərdən biri yaxalandı

22 İyun 2017, 18:38

Xətai rayonu ərazisində törədilmiş quldurluq cinayətinin üstü açılıb. Modern.az xəbər verir ki, bu haqda Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatında qeyd edilib.

Belə ki, martın 15-də saat 01 radələrində Xətai rayonu ərazisində yerləşən “Ailə” şirkətinin inzibati binasına naməlum şəxslərin daxil olub. Onlar gözətçi Hüseyn Dünyamalıyevə bıçaqla hədə-qorxu gəlib seyfdə olan 3600 manat məbləğində pulu quldurluq yolu ilə ələ keçirib hadisə yerindən qaçıblar. Fakta görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci (quldurluq) maddələri ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən üç nəfərdən biri, Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Süleymanov Kamran Sahib oğlu martın 21-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər