Modern.az

Hacıqabulda “OKA” iribuynuzlu heyvanla toqquşdu - 5 yaralı

Hacıqabulda “OKA” iribuynuzlu heyvanla toqquşdu - 5 yaralı

22 İyun 2017, 23:50

Hacıqabul rayonu ərazisində ağır xəsarətlə nəticələnən yol qəzası baş verib.

 

APA-nın Mil-muğan bürosunun xəbərinə görə, Tərtər rayonunun İsmayılbəyli kənd sakini, 1968-ci il təvəllüdlü Axundov Salman Yunus oğlunun idarə etdiyi  “OKA” markalı 59 BD 451 dövlət nömrə nişanlı avtomobilin qarşısına iribuynuzlu heyvan çıxıb.

 

 

Qəza nəticəsində sürücü ağır xəsarətlər alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Avtomobildə olan sürücünün 4 ailə üzvü yüngül xəsarət alıblar. Onlara hadisə yerində ilkin tibbi yardım göstərilib. 

 

Hadisə ilə bağlı araşdırma aparılır.  

 

 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır