Modern.az

Brüssel: “Qarabağ münaqişəsində status-kvo dayanıqsızdır”

Brüssel: “Qarabağ münaqişəsində status-kvo dayanıqsızdır”

Aktual

23 İyun 2017, 00:32

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində qurbanlara səbəb olan son atəşkəsin pozulması göstərir ki, status-kvo dayanıqsızdır.

 

 

Modern.az-ın məlumatına görə, bu barədə Avropa İttifaqının Ermənistandakı nümayəndə heyətinin saytında bildirilir.

 

 

Məlumatda deyilir ki, 2 ölkənin liderləri atəşkəs rejiminin saxlanmasına və münaqişənin sülh yolu ilə nizamlanmasına tərəfdar oldularını dəfələrlə bəyan ediblər.

 

 

"Aİ həm sözdə, həm də əməldə gərginliyin azaldılmasını və təmkinliyin göstərilməsini gözləyir. Təşkilat ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini tam dəstəklədiyini bildirir və münaqişə zonasında gərginliyin azaldılması üçün tərəfləri dərhal tədbirləri müzakirə etməyə çağıran 19 iyun tarixli bayənata qoşulur", - məlumatda deyilir.

 

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır