Modern.az

“Formula 1”in Azərbaycan Qran-Prisi başladı

“Formula 1”in Azərbaycan Qran-Prisi başladı

23 İyun 2017, 09:31

Bu gün Bakı şəhərində dünyanın ən nüfuzlu idman yarışlarından olan “Formula 1” dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan Qran-Prisi başlayır.

Modern.az xəbər verir ki, planetin 20 ən yaxşı yürüşçüsü müasir təqvimin ən parlaq və qeyri-adi traslarından birində böyük mükafat uğrunda mübarizə aparacaq.

Bakı küçələrində yarışın yüksək səviyyədə təşkili üçün bütün tədbirlər görülüb.

Bu gün “Formula 1” pilotlarının birinci və ikinci sərbəst yürüşləri olacaq.

İyunun 24-də üçüncü sərbəst yürüşdən sonra sıralanma turu başlayacaq, yekunda pilotların düzülüşü müəyyənləşəcək. Nəhayət, iyunun 25-də Formula 1 – Azərbaycan Qran Prisinin qalibi məlum olacaq.

“Formula 1”də bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.

Ümumilikdə yarışda liderlik "Ferrari" təmsilçisi Sebastian Fettelə məxsusdur. Onun hesabında 141 xal var. Liderdən 12 xal geri qalan Lyuis Hamilton ikinci, 93 xal toplayan Valtteri Bottas isə üçüncüdür.

Konstruktorlar Kubokunda "Mercedes" 222 xalla birinci, "Ferrari" 214 xalla ikinci, 112 xallı "Red Bull" isə üçüncüdür.

Qeyd edək ki, iyunun 24-də “F1 Village”də ilk avtoqraf sessiyaları başlayacaq. Axşam Azərbaycan Qran-Prisi konsertləri seriyasından birinci konsert olacaq. Konsert Tarkanın çıxışı ilə açılacaq.

Həftəsonu proqramında Tarkanla bərabər, “Black Eyed Peas” qrupunun və Nikol Şerzingerin konserti, habelə Meraya Kerinin solo çıxışı nəzərdə tutulub.

Bakıya dünyanın hər yerindən yüzlərlə KİV nümayəndəsi gəlib.

 

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır