Modern.az

Qərb Universiteti İdman Klubu Dağçılıq düşərgəsində iştirak edib

Qərb Universiteti İdman Klubu Dağçılıq düşərgəsində iştirak edib

Aktual

23 İyun 2017, 10:18

Qərb Universiteti İdman Klubu Dağçılıq düşərgəsində iştirak edib. Qax rayonu ərazisində təşkil olunmuş Dağçılıq Təlimləri Düşərgəsində fərqli yaş qruplarından olan iştirakçılara 5 gün ərzində təməl dağçılıq dərsləri keçilib. Təlimlərdə Qərb Universitetinin tələbələri də aktiv şəkildə iştirak ediblər.

Modern.az xəbər verir ki, Qərb Universiteti İdman Klubunun əməkdaşı və təlimçisi düşərgədə dağçılıq tarixi, növləri, ip düyünləri kimi mövzularda təlimlər keçib.

Qeyd edək ki, Qərb Universiteti İdman Klubu dağçılıq idmanı sahəsində böyük təcrübəyə malikdir və yay ayları ərzində Klubun fəaliyyəti ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda yerləşən bir sıra dağ zirvələrinə yürüşlərlə davam edəcək.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?