Modern.az

Milli Məclis növbədənkənar iclasa bu sənədləri çıxaracaq - SİYAHI

Milli Məclis növbədənkənar iclasa bu sənədləri çıxaracaq - SİYAHI

23 İyun 2017, 11:16

“Milli Məclisin növbədənkənar  iclası iyunun 30-da  keçiriləcək”.

 

Bunu Modern.az saytına Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.

 

A.Təvəkküloğlu əlavə edib ki, parlamentin növbədənkənar iclasının gündəliyinə 16 məsələ daxil edilib.

 

Gündəlikdə bir sıra qanunlara dəyişiklər də nəzərdə tutulur. Bunlar aşağıdakılardır:

 

“Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” qanun layihəsi;

 

“Bakı Apelyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” qanun layihəsi;

 

“Gəncə Apelyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” qanun layihəsi;

 

“Sumqayıt Apelyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” qanun layihəsi;

 

 “Şəki Apelyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” qanun layihəsi;

 

 “Şirvan Apelyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında” qanun layihəsi;

 

“Azərbaycan Respublikasnın 2017-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik;

 

Su Məcəlləsində dəyişiklik;

 

Miqrasiya Məcəlləsinə dəyişiklik;

 

“İcra haqqında” qanuna dəyişiklik;

 

“Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişiklik;

 

“Reklam haqqında” qanuna dəyişiklik;

 

“Dövlət rüsumu haqqında” qanuna dəyişiklik;

 

“İşsizlikdən sığorta haqqında” qanun layihəsi 2-ci oxunuşda;

“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna əlavələr;

 "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi 2-ci oxunuşda.

 

Mirmahmud KAZIMOĞLU

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər