Modern.az

Azərbaycan Ermənistan və Gürcüstanı niyə üstələyir? - FOTOLAR

Azərbaycan Ermənistan və Gürcüstanı niyə üstələyir? - FOTOLAR

Aktual

23 İyun 2017, 13:55

Müstəqillik qazanmalarının üzərindən keçən 26 ildə Cənubi Qafqaz ölkələri bir çox önəmli idman yarışlarına ev sahibliyi etmişldi. Lakin Ermənistan və Gürcüstanla müqayisədə Azərbaycanın idman yarışlarınnın qəbulu və təşkili baxımından çox böyük üstünlüklər qazandığını görə bilərik.

 

 Modern.az bu baxımdan 3 Cənubi Qazqaz respublikasının müqayisəsini aparıb.

 

Gürcüstan – Bu ölkənin idman infrastrukturu əsasən keçmiş Sovet İttifaqından qalmış obyetklərdən inartədir. Məhz bu səbəbdən gürcülər nəhəng idman yarışları deyil, fərdi idam növləri üzrə Dünya və Avropa Çempionaltarını qəbul edə bilir.

Son illər ölkənin idman həyatında ən vacib hadisə 2015-ci il avqustun 11-də Tbilisinin Dinamo stadionunda baş tutan Barselona-Sevilya matçı idi. “Barsa”nın 4:0 hesabı ilə qalib gəldiyi matç 1935-ci ildə memar Qiya Kurdiani tərəfindən inşa olunmuş və 55 min tamaşaçı tutumu olan Dinamo stadionunda keçirilmişdi.

 

Digər önəmli idman yarışları sırasında güləş üzrə Avropa çempionatı (2013), cüdo üzrə Avropa çempionatı (2009), sambo üzrə Avropa çempionatı (2008), rus daması üzrə qadınlar və kişilər arasında Avropa çempionatı (2016) qeyd oluna bilər.

 

Ölkənin ən böyük idman obyektləri Tbilisidə yerləşənBoris Payçadze adına  Dinamo arena və 2015-ci ildə isitfadə verən “Yeni Tbilisi” idman kompleksindən ibarətdir. Bu kompleks hovuz, gimnastika yarışları üçün zaldan, voleybol meydançasından və yüngül atlerika yarışları üçün stadiondan ibarətdir.

Gürcüstan prestijli idman yarışları keçirmək üçün ciddi maliyyə qıtlığından əziyyət çəkir.

 

 

Ermənistan  -  təcavüzkar siyasətinə görə regionun autsayderi halına gələn qonşu ölkədə də əsas idman infrastrukturu köhnəlib və maliyyə problemlərinə görə bərbad hala düşüb. 1991-ci ildən bəri Ermənistanda əsas ikinci dərəcəli beynəlxalq yarışlar keçirilib. Ən böyük idman yarışlarının sırasında 1996-cı ildə keçirilən Şahmat olimpiadasını və 2009-cu ildə cüdo üzrə Avropa çempionatını misal çəkmək olar.

 

 

Ölkədə idman arenalarının azlığını da vurğulamaq olar. Ən böyük idam obyektləri 1983-cü ildə inşa olunmuş Kren Dəmirçiayn adına idman-konsert kompleksi və 1971-ci ildə istifadəyə verilən 53 min nəfərlik Razdan stadionudur. Lakin uzun illərdir ki. fasiləsiz istismar olunan bu obyektlərin də ciddi təmirə ehtiyacı var.

 

 

Azərbaycana gəlincə, təkcə bir faktı qeyd etmək lazımdır ki. ölkədə 50-dən artıq olimpiya-idman kompleksləri möcvuddur. Bundan başqa, Bakı Əl Oyunları Sarayı, Sərhədçi idman kompleski, Tofiq Bəhramov adına stadion, Olimpiya Stadionu, Bakı idman-konsert kompleksi, gimnastika, üzgüçülük və stend atıcılığı kompleksləri və s. onlarla ən müasir idman qurğusu Azərbaycanı bütün parametrlər üzrə Cənubi Qafqazın idman liderinə çevirib. Kçemiş Sovet ittifaqından qalma idman qurğularının hamısı təmir olunmaqla yanaşı, yeni müasir obyektlər inaş olunub.

 

Təsadüfi deyil ki,Azərbaycan ən nüfuzlu idman tədbirlərinə ev sahibliyi edib. Bakıda regional yox, qlobal miqyaslı Formula- 1 Qran PArisinin etapı, I Avropa Oyunları 2015, IV İslam Oyunları 2017, 42-ci Şahmat Olimpiadası 2016, bədii gimnatsika üzrə Avropa çempionatı (2009,2014), güləş üzrə Dünya çempionatı (2011) və taekvando üzrə Avropa çempionatı (2014) keçirilib.

 

 

Xatırladaq ki, bu il sentyabrın 22-dən oktyabrın 1-nə qədər Azərbaycanda və Gürcüstanda qadın voleybolu üzrə Avropa çempionatının final mərhələsi keçiriləcək. 16 komanda Bakı gimnastika arenası, Göygöl olimpiya komleksi və Tbilisi idman sarayında qüvvələrini sınayacaq.

 

Vüqar İSMAYILOV

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır