21 sentyabr 2017, Cümə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - “İntihara cəhd etdim, özümü tapança ilə vuracaqdım” - MÜSAHİBƏ
“İntihara cəhd etdim, özümü tapança ilə vuracaqdım” - MÜSAHİBƏ
23.06.2017, 14:22

Tahir Kərimli: “Rəhmətlik Heydər Əliyevə dedim ki, mən Elçibəyə dönük çıxa bilmərəm”

Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Vəhdət Partiyasının sədri Tahir Kərimli Modern.az-ın suallarını cavablandırıb. Onunla söhbəti təqdim edirik.


- Parlamentin iyunun 30-da keçiriləcək iclasının gündəliyinə "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi daxil edilib. Qanun layihəsinin 1-ci oxunuşu zamanı bir neçə deputat, həmçinin siz də müəyyən iradlar bildirmişdiniz. Qanunun hazırki variantı sizi qane edirmi?


-
Azərbaycan Respublikasının Konstitutsiyasına ötən ilin sentyabrın 26-da keçirilmiş referendum vasitəsilə belə bir müddəa əlavə olunub ki, etikaya görə deputat mandatdan məhrum edilə bilər. Bu, yalnız referendum yolu ilə aradan qaldırılacaq bir müddəadır. Ona görə də "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanunun qəbul edilməsi məcburi prosesdir. Amma elə etmək lazımdır ki, deputat hər şeyə görə mandatdan məhrum edilmək qorxusu altında qalmasın.

Əvvəla Azərbaycan dünyada yeganə dövlətdir ki, etikaya görə onun deputatı mandatdan məhrum edilə bilər. Elə müddəalar daxil etmək lazımdır ki, deputat bir neçə töhmət aldıqdan sonra mandatdan məhrum edilsin. Heç kəs bilmir ki, danışdığı sözə, hərəkətə görə, istənilən məsələdə onu ittiham edib mandatdan uzaqlaşdıra bilərlər. Ona görə də bu qanunu konkretləşdirmək lazımdır. Parlamentin sədri də iclasda bildirdi ki, bu qanun çox ciddi şəkildə yenidən işlənsin.

Mənim də çox ciddi təkliflərim vardı. Sədrin müavini Bahar Muradova komitə iclasında bildirdi ki, sənin 80 faiz təkliflərin nəzərə alınıb. Biz bu qaydaları daha lokanik etdik. Yuxarıda dediyim məsələlər aradan qaldırıldı. Qanun layihəsindən deputatların cəzalanması müddəası çıxarıldı. Həmçinin, qanun layihəsində qonaqpərvəriyə görə də deputatın cəzalandırılması məsələsi vardı. O da layihədən çıxarıldı. Çünki  gedib yeyib-içəndə sənə deyəcəklər ki, sən 55 manatdan artıq yeyib-içmisən. Ona görə də məsluliyyətə cəlb olunmalısan. Bunlarla bağlı iradlar  nəzərə alındı və həmin müddəa aradan qaldırıldı. İndiki halda qanun məni təmin edir.


- Siz ixtisasca hüquqşünassınız. Bu gün ölkəmizdəki hüquq müdafiəçilərinin fəaliyyəti sizi qane edirmi?


-
Yox, qane etmir. Ona görə ki, istənilən hüquqi dövlətdə normal vəkillik fəaliyyəti lazımdır. Bizdə isə vəkillərin sayı qədərindən çox azdır. Hətta dəfələrlə çox aşağıdır. İnsanlar məhkəmələrlə, hüquq-mühafizə orqanları ilə dil tapa bilmirlər. Bilmirlər ki, nə etsinlər. Azərbaycanda hüquqi müdafiə çox ciddi olmalıdır. İttihamçının hüququ ilə müdafiəçinin hüququ məhkəmələrdə bərabərləşdirilməlidir. Heç kim vəkili prokurordan aşağı tutmamalıdır. Vəkillə  prokuroru eyni səviyyədə tutmaq lazımdır ki, ittihamedici tərəf öz istədiyini keçirə bilməsin.  Bu barədə qanunlarımızda da ciddi dəyişikliklər edilməlidir. Ümumilikdə isə hüquq müdafiəçilərinin fəaliyyəti məni qane etmir.


- Siz deputat olmaqla yanaşı, həm də Vəhdət Partiyasının sədrisiniz. Partiyanızın fəaliyyəti isə o qədər də hiss olunmur. Buna səbəb nədir?


-
Konstitusiyamızın tələblərindən biri çoxpartiyalı sistemin olmasıdır. Yəni çox çoxpartiyalılıq Konstitusiyamıza oturub. Təkpartiyalılıq ola bilməz. Ona görə də partiyaların normal fəaliyyəti üçün çoxpartiyalılıq sisteminin tələb etdiyi məsələlər olmalıdır.

Çox istəyərdim ki, proporsional seçki sistemi bərpa olunsun. Partiyalar siyahı ilə seçkilərdə iştirak etsinlər. Bu partiyaların və onun nümayəndələrinin tanınması üçün ciddi dayaq olar. Azərbaycanda partiyalar ideoloji, təşkilati baxımdan fərqləndirilməlidir. Onlar həmçinin daxili güc hesabına dəstəklənməlidir. Yəni maddi təminat olmalıdır. Maddi-texniki təminat olmadan çox çətindir. Vəhdət də daxil olmaqla bəzi partiyalar var ki, onların çoxlu üzvləri olub. Bakı ətrafında və mərkəzdə bizim dayaqlarımız çoxdur. Amma maddi imkanımız yoxdur ki, bu təşkilatları inkişaf etdirək.

Mən deputat olandan sonra dövlət partiyaya pul ayırır. 2016-cı il üzrə dövlət büdcəsindən partiyamıza təxminən 100 min manata yaxın pul verilib. Bu pul rüblərə bölünərək verilir. Yəni, aya partiyanın hesabına 8 min manat civarında pul daxil olub. Pul vergi, işçilərin maaşlarının verilməsi, partiya qərargahının saxlanılması və digər istiqamətlər üzrə xərclənir. Amma kifayət deyil.
Əvvəllər bizdə iki böyük müxalifət partiyası formalaşmışdı: Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyası. Azərbaycan Xalq Cəbhəsi Partiyası AXC-nin davamı kimi, Müsavat Partiyası isə əski Müsavatın davamı kimi hazır baza götürmüşdülər. Amma həmin partiyalar da hazırda 10 dəfə zəifləyiblər. Həmçinin, digər partiyalar da hədsiz dərəcədə zəifləyiblər. Ona görə də mən hesab edirəm ki, Azərbaycanda olan partiyaların inkişafı üçün dövlətin yardımına çox böyük ehtiyac var.


- 2018-ci ildə Azərbaycanda prezident seçkiləri keçiriləcək . Prezident seçkilərinə namizədliyinizi irəli sürəcəksiniz?

-1998-ci ildə Azərbaycan prezidentliyinə namizəd oldum. O zaman biz 53500 imza topladıq. Mərkəzi Seçki Komissiyası isə səslərdə xeyli qanunsuzluq aşkar etdi. Onda böyük bir komanda idik. Həmin vaxtda həm də ideologiya vardı. İndi isə həmin ideologiya yoxdur. Mən indi prezident İlham Əliyevi müdafiə edirəm. İlham Əliyevin bacarığı ondan ibarətdir ki, bütün dövlətlərlə balans yarada bilib. Prezident İlham Əliyev bütün məsələləri nəzarətdə saxlaya bilir. Ölkəmizin inkişafı üçün hazırda islahatlar lazımdı. Bir çox islahatlar da aparılır.

İnsanların umutqanlığından bərk narahatam. Mən iyunun 18-də Şamaxıya getmişdim. Bacımoğlunun şəhid olmasınından 25 il ötürdü. O, Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub. Anası da bir dəfə də olsun camaat içində ağlamayıb ki, oğlum vətən uğrunda şəhid olub. Amma onun şəhidliyinin 25 illiyində 25 adam yox idi. İnsanlar necə unudqan ola bilər? Bəzən Şəhidlər Xiyabanına gedəndə görürəm ki, məzarların üstündə gül olmur, ya da ziyarət edənlər az olur. Amma biz bu gün unutmamalıyıq ki, bütün əldə etdiyimiz nailiyyətlərə görə şəhidlərimizə borcluyuq.


- Son vaxtlar Azərbaycan cəmiyyətində zorakılıq, oğurluq, boşanmalar və intiharlar çoxalıb. Bunun səbəblərini siz necə izah edə bilərsiniz? Hansısa təklifləriniz varmı?


-
Bunlar bütün dövlətlərdə var. Onu yaradan sosial və ictimai səbəblər aradan qaldırılmalıdır. Belə hallar Azərbaycanda ailə ənənələrindən gələn məsələlərlə də bağlı ola bilər. Amma ən çox maddi imkansızlıqlar ucbatından, ailələrdə səmimi münasibətin olmamasından baş verir. Cəmiyyətimizdə intiharlar sosial bəlaya çevrilib. Nəinki kiminsə özünə qəsd etməyi, hətta bu fikrə düşməyi də qorxuludur. Təsəvvür edin ki, ailə qurmaq istəyən, lakin bunu bacarmayan gənclərin yalnız 1 faizi intihar edir, 99 faizi isə narahatdır. Onlar üçün imkanlar yaradılmalıdır, işlə təmin olunmalıdırlar. İnsanlar var ki, nə pis yola düşmək istəyir, nə də yaxşı yolla öz vəziyyətini düzəldə bilir. Belə hallar olduqda isə intihara əl atırlar.
Bizim televiziyalarımızda ciddi maarifləndirici verilişlər getməlidir. Ailələrin möhkəmləndirilməsi, insanların maddi-texniki təminatının yaxşılaşdırılması, normal ünsiyyət qurulması üçün təbliğat aparmalıdır. Bunlar indiki halda televizya və internetin sayəsində mümkündür. Çünki insanların əksəriyyəti bunlardan istifadə edir.


- Tahir müəllim, sualım gözlənilməz ola bilər: siz nə zamansa intihar etmək istəmisiniz?


- Bir dəfə intihara cəhd etmişəm, 1992-ci ildə Şuşanın Ermənilər tərəfindən işğalını eşitdim, gəldim məhkəmədəki kabinetimə, ağzımı bağladım. 1930-cu ildən qalma silah da var idi, özümü vuracaqdım. Düşünürdüm ki, necə yəni, Şuşa işğal olunub? Bunu qəbul etmək çox çətin idi.

Amma özümü vura bilmədim, gücüm çatmadı, 3-4 saatdan sonra xəbər tutdular ki, hakim özünü vurmaq istəyir. İnanın, işğalı heç cür həzm edə bilmirdim. Şuşadan ötrü hər şeyimi qurban vermişəm. Belə hallar yaşamışam. Bəzən isanın beyninə belə şeylər gəlir.

Biz müstəqillikdən ötrü aclıq edirdik. Milli Məclisdən bizi rus əsgərləri tutub apardılar. Orada mənə ən çox pis davranan azərbaycanlı milis heyəti  idi. Ruslardan çox onlar pis davranırdılar. Bilmirdim ki, məni Xəzərdə boğacaqlar, ya harada öldürəcəklər. Gecə saat 3-də bizi götürüb apardılar. Mən rus mayoruna dedim ki, öz ölkəmdə toxunulmazlıq hüququ olan şəxsəm, məni hara aparırsan? Mən həmin rus mayorunun vicdanının sızıldamağını hiss etdim. Amma bizim milislər əlimi-qolumu sındırdılar, təpiklə başıma vururdular. Sanki onlarda vicdan yox idi.
Bu insanlardan vəhşilik görəndə, mən onlara dedim ki, imkan verin özümü öldürüm. Çünki əzabla ölmək istəmirdim. Bax belə şeylər olub.

Amma indi belə şeylərə kim inanır ki? İndi müqəddəs duyğulara inan insanlar çox azdır. Mixail Qorbaçova ölüm hökmü çıxaranda mənim ailəm, nəslim ölüm təhdidi altında yaşayırdı. Çünki o zaman işdən çıxarılmışdım, haqqımda pis akt tərtib olunmuşdu. Məni məhv etmək istəyirdilər. O vaxt İsmayıllı camaatı evimin ətrafında çadırlar qururdu, ocaq yandırırdılar ki, məni qoruya bilsinlər. Çox əzablı günləriydi. ..

 

- Ali Məhkəmənin sədrliyindən istefa verdikdən sonra vəzifə təklifi almışdınız?

- Mən Ali Məhkəməyə birdən-birə gəlməmişdim. 5-ci dərəcəli hakim idim. Bir neçə dəfə təklif olub. Məni heç Ali Məhkəmənin sədrliyindən də çıxarmaq istəmirdilər. Bununla bağlı rəhmətlik Heydər Əliyevlə də şəxsi söhbətimiz olmuşdu. Heydər Əliyev mənimlə işləmək istədiyini dedi. Dedim ki mənim prezidentim Əbülfəz Elçibəy olub, ona sadiq qalıram, dönük çıxa bilmərəm. Bəzən deyirlər ki, Tahir Kərimli vəzifəsini dondurub, elə deyil, rəsmi şəkildə istefa ərizəsi yazmışam. Çünki tək qalmışdım, hakimiyyətdə bizim komandadan adam qalmamışdı. İstefa verən zaman qeyd etdim ki, məni hədələyirlər, deyirlər ki, evə hücum edəcəklər.
Allah rəhmət etsin, Heydər Əliyev dedi ki, Tahir Kərimli ilə bağlı yoxlamalar aparılıb, amma nöqsan tapılmayıb. İstefa verəndən sonra dəfələrlə vəzifə təklifi aldım. Əbülfəz Elçibəy  dünyasını dəyişəndən sonra onun əleyhinə danışmamışam. Amma o, sağ olanda müəyyən tələblərim olub. Mənim əleyhimə olanlar bir dəfə demədilər ki, Tahir Kərimli Elçibəyə sadiq olub, dönük çıxmayıb.

 

Mirmahmud KAZIMOĞLU


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
İlham Əliyev BMT Baş katibi ilə görüşdü - Yenilənib, FOTO
21.09.2017, 01:03

İlham Əliyev BMT Baş katibi ilə görüşdü - Yenilənib, FOTO

ABŞ-da orta məktəbdə silahlı insident
21.09.2017, 00:42

ABŞ-da orta məktəbdə silahlı insident

Meksikada 3 günlük matəm elan edildi
21.09.2017, 00:27

Meksikada 3 günlük matəm elan edildi

Azərbaycan nefti bahalaşıb
20.09.2017, 23:58

Azərbaycan nefti bahalaşıb

Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə xüsusi diqqət ayırır
20.09.2017, 23:43

Azərbaycan Qoşulmama Hərəkatının prinsiplərinə xüsusi diqqət ayırır

Aşıq Ədalətin çəkildiyi və saz ifa etdiyi filmlər - “Çal, aşıq, komsomolun canı...”
20.09.2017, 23:26

Aşıq Ədalətin çəkildiyi və saz ifa etdiyi filmlər - “Çal, aşıq, komsomolun canı...”

Nikahdankənar uşaqlar ən çox bu rayonlarda doğulub
20.09.2017, 23:09

Nikahdankənar uşaqlar ən çox bu rayonlarda doğulub

Daşkəsən sakini həyat yoldaşı və qayınanasını bıçaqlayıb
20.09.2017, 22:53

Daşkəsən sakini həyat yoldaşı və qayınanasını bıçaqlayıb

Yaponiya yenidən silkələndi
20.09.2017, 22:38

Yaponiya yenidən silkələndi

İlham Əliyev Trampla görüşdü
20.09.2017, 22:23

İlham Əliyev Trampla görüşdü

FED uçot dərəcəsini dəyişmədi
20.09.2017, 22:15

FED uçot dərəcəsini dəyişmədi

Dar şalvar, sıx büshalter, hündürdaban ayaqqabılar – GEYİM VƏ SAĞLAMLIQ
20.09.2017, 22:06

Dar şalvar, sıx büshalter, hündürdaban ayaqqabılar – GEYİM VƏ SAĞLAMLIQ

"Bank əməkdaşı" təqaüdçüləri aldatdı - VİDEO
20.09.2017, 21:49

"Bank əməkdaşı" təqaüdçüləri aldatdı - VİDEO

Xanımların gözəl görünmək istəyi qarşısında ƏZİYYƏT ÇƏKƏN KİŞİLƏR
20.09.2017, 21:33

Xanımların gözəl görünmək istəyi qarşısında ƏZİYYƏT ÇƏKƏN KİŞİLƏR

20.09.2017, 21:17

"ABŞ beynəlxalq razılaşmaları pozur" - Ruhani

İlham Əliyev BMT-də çıxış etdi: Hərbi cinayətkarlardan biri Ermənistanın indiki prezidentidir - YENİLƏNİB-3
20.09.2017, 21:03

İlham Əliyev BMT-də çıxış etdi: Hərbi cinayətkarlardan biri Ermənistanın indiki prezidentidir - YENİLƏNİB-3

Dünya Bankının nümayəndələri DİM-də müzakirə apardı
20.09.2017, 20:49

Dünya Bankının nümayəndələri DİM-də müzakirə apardı

Xaçmazda meşə yanğını söndürülüb - Yenilənib
20.09.2017, 20:35

Xaçmazda meşə yanğını söndürülüb - Yenilənib

Erməni deputatlar sabah Bakıya gəlir
20.09.2017, 20:23

Erməni deputatlar sabah Bakıya gəlir

UEFA final oyunu üçün Bakını seçdi
20.09.2017, 20:07

UEFA final oyunu üçün Bakını seçdi

Hərbi Akademiyada elmi-praktik konfrans keçirilib
20.09.2017, 19:56

Hərbi Akademiyada elmi-praktik konfrans keçirilib

UEFA Super Kubokunun finalı İstanbulda keçiriləcək
20.09.2017, 18:57

UEFA Super Kubokunun finalı İstanbulda keçiriləcək

Moskvanın mərkəzində bomba həyəcanı
20.09.2017, 18:41

Moskvanın mərkəzində bomba həyəcanı

Tovuzda qəza: yaralananlar var
20.09.2017, 18:33

Tovuzda qəza: yaralananlar var

İlham Əliyev Malta Prezidentini təbrik edib
20.09.2017, 18:08

İlham Əliyev Malta Prezidentini təbrik edib

"Qarabağ" - “Roma” oyununa yalnız 2 manatlıq biletlər qalıb   
20.09.2017, 17:50

"Qarabağ" - “Roma” oyununa yalnız 2 manatlıq biletlər qalıb  

İraq kürdlərinin referendumu yeni müharibəyə səbəb olacaq
20.09.2017, 17:48

İraq kürdlərinin referendumu yeni müharibəyə səbəb olacaq

Qardaşının Üzeyir Hacıbəyliyə məktubu: “Borclular məni əldən saldı, arvadımdan çox utanıram”   
20.09.2017, 17:43

Qardaşının Üzeyir Hacıbəyliyə məktubu: “Borclular məni əldən saldı, arvadımdan çox utanıram”  

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ
20.09.2017, 17:29

Dollar və manatın sabahkı MƏZƏNNƏSİ

Məhkəmə-Hüquq Şurası dövlət orqanlarının təsnifat siyahısına daxil edilir   
20.09.2017, 17:27

Məhkəmə-Hüquq Şurası dövlət orqanlarının təsnifat siyahısına daxil edilir  

Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır
20.09.2017, 17:17

Bakı, yoxsa Madrid? - UEFA qərarı bu gün açıqlayır

“Space”də maaşlar kəsilib? - Telekanaldan iddialara CAVAB VERİLDİ   
20.09.2017, 17:04

“Space”də maaşlar kəsilib? - Telekanaldan iddialara CAVAB VERİLDİ  

ADU-nun rektoru əcnəbilərlə görüşüb
20.09.2017, 17:00

ADU-nun rektoru əcnəbilərlə görüşüb

XİN: Qarabağa gedən konqresmenlər erməni lobbisindən asılıdır
20.09.2017, 16:58

XİN: Qarabağa gedən konqresmenlər erməni lobbisindən asılıdır

Universitetin klinikası tibbi xidmətlər təklif edir
20.09.2017, 16:56

Universitetin klinikası tibbi xidmətlər təklif edir

ARXİV
SORĞU
Məhərrəmliyin əsas şərtlərini qəbul edirsiniz?
- Bəli qəbul edirəm və Kərbəla şəhidlərinə mütləq yas saxlayacam (46.7%)
- Məhərrəmliyin şərtləri yalnız şiələr üçündür(8.98%)
- Bu şərtlərin heç birini qəbul etmirəm(13.1%)
- Məhərrəmlık əsl İslama ziddir(31.1%)