Modern.az

Əhliman Əmiraslanov Astanada TürkPA-nın iclasını keçirib

Əhliman Əmiraslanov Astanada TürkPA-nın iclasını keçirib

23 İyun 2017, 14:31

Qazaxıstan Respublikası Parlament Məclisinin ev sahibliyində TürkPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının üçüncü iclası 22 iyun, 2017-ci il tarixində Astanada baş tutulub.

 

Modern.az xəbər verir ki, üçüncü iclasın gündəliyinin əsas maddəsi “Üzv ölkələrdə alternativ enerji mənbələrinin inkişafı” olub. İclas bərpa olunan enerji mənbələrinin inkişafına həsr olunub EXPO-2017 Astana Beynəlxalq İxtisaslaşdırılmış Sərgisinə həsr olunub.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan parlamentarilər, müvafiq nazirliklərin, eləcə də Türk əməkdaşlıq qurumlarının nümayəndələri iclasda iştirak ediblər. 

 

İclasa TürkPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının və Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri  Əhliman Əmiraslanov sədrlik edib. Açılış nitqində akademik Əhliman Əmiraslanov EXPO-2017 Beynəlxalq İxtisaslaşdırılmış Sərgisinin əhəmiyyətini vurğulanıb. O qeyd etmişdir ki, belə mühüm bir tədbirin Astanada keçirilməsi Qazaxıstan Respublikasının inkişafında qazandığı uğurları işıqlandırır. Sonra TürkPA Ətraf Mühit və Təbii Ehtiyatlar Komissiyasının sədr müavini və Türkiyə Böyük Millət Məclisinin millət vəkili cənab Feyzullah Kıyıklık iclasın əsas hesabat məruzəsini təqdim edilib. Qazaxıstan Respublikası Parlament Məclisinin millət vəkili cənab Serik Seydumanov EXPO-2017 və sərgi çərçivəsində keçirilən qlobal miqyaslı müxtəlif tədbirlər haqqında geniş məlumat verib. Həmçinin parlamentarilər gündəliyin əsas maddəsi ilə bağlı bütün TürkPA üzv ölkələrinin potensial imkanlarını müzakirə etmiş və arzu olunmaz nəticələrdən yan keçilməsi məqsədilə bütün bu məsələlərin nəzarət altında həyata keçirilməsinin lazım olduğunu vurğulayıblar.

 

Komissiya TürkPA-nın 7-ci Plenar İclasına təqdim olunması üçün mövzu ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarını təsdiq edib. Komissiyanın növbəti - dördüncü iclasının Qırğızıstan Respublikasında keçirilməsi nəzərdə tutulub.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?