Modern.az

Kilsədə Quran oxunması diplomatik qalmaqal yaratdı

Kilsədə Quran oxunması diplomatik qalmaqal yaratdı

Aktual

23 İyun 2017, 15:34

Türkiyə xarici işlər nazirliyi Qədr gesəi zamanı Aya Sofya muzeyində Quran oxunmasına etiraz edən yunanıstanlı həmkarlarına cavab verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, rəsmi Afinanın keçmiş kilsə olan Aya Sofyada Quran oxunmasını dünya birliyini təhqir olunması kimi qələmə vermişdi.

 

“Türk xalqını Ramazan bayramı münasibətilə təbrik etmək yerinə Müqəıddəs Sofiya kilsəsində Quranın oxunmasını təhtif etmək yanlış qərardır”-deyə Türkiyə XİN-i açıqlama verib. Türkiyə tərəfinin fikrincə, Saloniki şəhərindəki tarixi məsciddə Quran oxunmasını qadağan edən yunan rəhbərliyi heç kəsi qınamaq hüququna malik deyillər.

 

Müqəddəs Aya Sofya kilsəsi 1000 ildən artıq müddətdə xristian dünyasının ən böyük tikililərindən olub. 1453-cü ildə Konstantinopolu ələ keçirən türklər kilsəni məscidə çeviriblər. Lakin 1934-cü ildə Atatürkün qərarı ilə Aya Sofya kompleksi muzeyə çevrilib.

 

Vüqar İSMAYILOV

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır