Modern.az

"Formula-1"in sərbəst yürüşündə qəza olub  

"Formula-1"in sərbəst yürüşündə qəza olub    

23 İyun 2017, 16:54

Formula-1 Azərbaycan Qran-Prisinin ilk sərbəst yürüşü zamanı qəza baş verib.

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, “Force India”nın pilotu Serxio Peresin bolidi səkkizinci döngədə - Qız qalasının yaxınlığında səddə çırpılıb və yararsız hala düşüb. Pilot bolidi tərk etdikdən sonra marşallar ərazidə təmizlik işi aparıblar.

Qeyd edək ki, buna qədər Serxio Peres birinci döngədə xoşagəlməz halla üzləşib. Əyləc sistemi bloklandığı üçün onun idarə etdiyi bolid trasın kənarına çıxıb.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir