Modern.az

Azərbaycan Avtomobil Federasiyasının rəsmiləri və Moldova prezidenti Formula 1 Paddokunda - FOTO

Azərbaycan Avtomobil Federasiyasının rəsmiləri və Moldova prezidenti Formula 1 Paddokunda - FOTO

23 İyun 2017, 17:04

Azərbaycan Avtomobil Federasiyasının (AAF) prezidenti Anar Ələkbərov və federasiyanın vitse-prezidenti Mədət Quliyev Bakıda keçirilən Formula 1 yarışlarının ilk günündə Formula 1 Paddokunda olaraq yarış ərəfəsi hazırlıqlarla maraqlanıb, iştirakçı komandaların qarajlarına baxış keçiriblər. Eyni zamanda beynəlxalq hakimlərin və yarışı idarə edən komandanın işi ilə tanışlıqlıq olub.

 

Modern.az xəbər verir ki, «Formula One Group»un icraçı direktoru Çeyz Keri (Chase Carey) AAF rəsmiləri ilə görüşdə Bakıdakı yarışlarda təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayaraq yaradılan şəraitə görə təşəkkürünü bildirib.

 

Daha sonra Azərbaycanda rəsmi səfərdə olan Moldova Prezidenti İqor Dodon, Gənclər və idman naziri Azad Rəhimov, AAF prezidenti Anar Ələkbərov və federasiyanın vitse-prezidenti Mədət Quliyev Azərbaycan Qran-Prisinin birinci sərbəst yürüşlərinə baxıblar. 

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır