Modern.az

8 şahzadəyə insan alverinə görə hökm oxundu

8 şahzadəyə insan alverinə görə hökm oxundu

23 İyun 2017, 18:05

Belçikadakı qalmaqallı cinayət prosesində Birləşmiş Ərəb Əmirliklərindən olan 8 şahzadə insan alverində təqsirləndirilir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, cinayət işi 2008-ci ildə Əl Nəhayan sülaləsinin şahzadələrinin Brüsselin ən dəbdəbəli mehmanxanasında öz qulluqçuları ilə kobud rəftarından sonra başlayıb. Şeyxin anası, arvadı və qızları personala işgəncə verməkdə və insan alverində təqsirləndirilir.

 

9 ildən sonra məhkəmə şahzadələri təqsirli bilin və onların hər birini 9 il müddətinə şərti azadlıqdan məhrum edib, 165 min avro cərimələyib.

 

Vüqar İSMAYILOV

 

  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...