Modern.az

Əhliman Əmiraslanov Milli Məclisdə problemləri dinlədi

Əhliman Əmiraslanov Milli Məclisdə problemləri dinlədi

23 İyun 2017, 20:27

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən deputat seçilmiş akademik  Əhliman  Əmiraslanov  bu  gün parlamentdə vətəndaşları növbəti dəfə qəbul edib.

Ə.Əmiraslanov qəbula gələn  vətəndaşları dinləyərək onları narahat edən problemlərlə tanış olub.

Qəbulda xəstələrin müalicəsi,  müxtəlif cərrahi əməliyyatlar və orqan köçürülməsi ilə bağlı müraciətlərlə yanaşı, 65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsindən olan seçicilərin  sosial problemləri,  məşğulluqla bağlı məsələləri də səsləndirilib.

Deputat bütün müraciətləri ayrı-ayrılıqda dinləyərək qeyd edilən problemlərin həlli istiqamətində müvafiq addımlar atılacağını bildirdi.

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır