Modern.az

İŞİD-in əsas maliyyəçisi məhv edildi

İŞİD-in əsas maliyyəçisi məhv edildi

Dünya

23 İyun 2017, 22:03

ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya Suriyada “İslam dövləti” (İŞİD) terror təşkilatının  əsas maliyyəçilərindən biri Fəvvaza Məhəmməd Cubeyr ar-Raudini məhv edib.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, bu haqda koalisiya qüvvələrinin qərargahı məlumat yayıb.

Cubeyr ər-Raui  iyunun 16-da hava zərbəsi nəticəsində öldürülüb.

Məlumata görə, məhv edilən şəxs İŞİD üzvlərinə terror hücumlarının təşkilində kömək edib.

Suriya əsilli ar-Raudinin məşhur terror maliyyəçisi olduğu bildirilib. Qərargahın məlumatında bildirilib ki, o, terror hücumlarının həyata keçirilməsinə milyonlarla dollar pul köçürüb.

Həmin şəxs Suriyanın şərqində, Misirlə sərhəddə yerləşən Əbu-Kamalda bir neçə mübadilə məntəqəsinin sahibidir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir